Ronaldo "Yuventus"dakı arzusunu açıqladı

23-08-2018, 16:09 443 dəfə baxılıb

Ronaldo "Yuventus"dakı arzusunu açıqladı


"Yuventus"la Çempionlar Liqasını qazanmaq istəyirəm. Komanda yoldaşlarımla bu turnirə köklənmişik. Addım-addım irəliləməliyik. Bu mövsüm də olmasa, gələn mövsüm və ya bir il sonra bu hdəfəmizə çatacağıq".

Faktor.az xəbər verir ki, bu sözləri Kriştiano Ronaldo deyib.

"Real"da 4 dəfə Çempionlar Liqasını və "Qızıl top"u qazandıqdan sonra "Yuventus"a üz tutan portuqaliyalı ulduz Turin klubuna keçdiyi üçün xoşbəxt olduğunu bildirib: "Hər kəsin qəbul etdiyi kimi "Yuventus" dünyanın ən böyük klublarından biridi. Çox axşı çalışırıq. Burda olduğum üçün xoşbəxtəm. "Real"dakı karyeram inanılmaz idi. Qazanılacaq hər şeyi qazandım və orda çox yaxşı dostlarım var. Onlar mənim ailəmdi. "Yuventus" məni həqiqətən istədiyini göstərdi. Mənə bir fürsət verdilər və bu məni xoşbəxt etdi. Bu klubda yenidən tarix yaxmaq istəyirəm".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR