Səfər ayının mənası və əlamətdar günləri

22-10-2018, 15:53 290 dəfə baxılıb

Səfər ayının mənası və əlamətdar günləri


Səfər ayı hicri-qəməri təqviminin ikinci ayıdır


Səfər sözünün mənası (sifr) boşluq deməkdir. Belə ki, Məhərrəm ayında müharibə etməkdən çəkinən ərəb tayfaları bu gündən başlayaraq münaqişələrinə davam edir, muharibələr üçün hazırlıqlara başlayırdılar. Bəzi fikirlərə görə bu ay nəhs bir ay kimi qələmə verilir. Ayı boşluq, heç bir işə başlanılmayan ay kimi də hesab edirdilər. Lakin İslamda bunun dini əsası yoxdur.

Səfər ayında İslam aləmində çox mühüm hadisələr baş vermişdir. O cümlədən Allah Rəsulunun (s) vəfatı da bu aya təsadüf edir.

Ayın mühüm tarixi hadisələri:

Səfər ayının 1-i: Siffeyn döyüşünün başlaması

Səfər ayının 1-i: İmam Hüseynin (ə) Əhli-beytinin(ə) əsir kimi Şama daxil olması.

Səfər ayının 3-ü: İmam Muhəmməd Baqirin(ə) dünyaya gəldiyi gün.

Səfər ayının 5-i: Həzrət Rüqəyyənin (s.ə) şəhadəti.


Səfər ayının 7-si: İmam Musa Kazımın(ə) doğum günü.

Səfər ayının 8-i: Peyğəmbərimizin(s) məşhur səhabəsi Səlman Farsının vəfatı.

Səfər ayının 9-u: Əmmar Yasirin Siffeyndə şəhid olması.

Səfər ayının 17-si: Üveys Qərəninin Siffeyn döyüşündə şəhadəti.

Səfər ayının 20-si: İmam Hüseynin(ə) şəhadətinin "Ərbəin"(40 mərasimi) günü.

Səfər ayının 28-i: Peyğəmbəri-Əkrəmin(s) vəfatı,İmam Həsən Müctəbanın(ə) şəhadəti

Səfər ayının 29-u: İmam Rzanın(ə) şəhadəti.(islaminsesi.info)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR