Ermənistan iqtisadiyyatının inkişafı dayanıb

1-07-2015, 15:16 795 dəfə baxılıb

Ermənistan iqtisadiyyatının inkişafı dayanıb


















“Ermənistan iqtisadiyyatına Rusiyanın iqtisadi tənəzzülü təsir edib”

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2015-ci ilin sonunda Ermənistan iqtisadiyyatı 0% və ya bir qədər artıq inkişaf edəcək.

Azerinfo.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə BVF-ninYaxın Şərq və Mərkəzi Asiya idarəsinin rəhbəri Məsud Əhməd bildirib.

O qeyd edib ki, gələn il 1% maksimal iqtisadi inkişaf proqnozlaşdırılır.

“Bu, region ölkələrinin iqtisadi vəziyyətinə əsasən Rusiya Federasiyasının iqtisadi vəziyyəti və neftin qiymətinin ucuzlaşması təsir edir. Ermənistana və digər ölkələrə də təsiri olacaq. Ermənistan iqtisadiyyatına Rusiyanın iqtisadi tənəzzülü təsir edib, RF-dən Ermənistana çatdırılan transfertlərin həcmi 40% aşağı düşüb, eləcə də ixracın həcmi azalıb”.

Nəticədə Ermənistanın iqtisadiyyatı bu il ümumiyyətlə, inkişaf qeyd etməyəcək, amma biz ümid edirik ki, bizim proqnozlarımız yanlış olacaq. İlin yekunları, sıfır göstəricisindən bəlkə də yuxarı oldu”, - o deyib.

BVF-nin məmuru qeyd edib ki, Ermənistan 2009-cu il böhranının nəticələrinin əzabını çəkir, belə ki, bu vaxt ərzində ölkə illərlə yığılmış maliyyə buferlərini xərcləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR