Paşinyan Tiflisi Bakıdan qopara bilməyəcək – Aşotyan

7-06-2019, 18:51 349 dəfə baxılıb

Paşinyan Tiflisi Bakıdan qopara bilməyəcək – Aşotyan


Paşinyanın qabiliyyətsiz siyasəti nəticəsində İrəvanla Xankəndi (Qarabağ separatçıları nəzərdə tutulur – red.) arasında yaranan gərginlik çoxsaylı təhlükələrlə doludur.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

Aşotyan Paşinyanın separatçı rejimin rəhbərliyinin o hakimiyyətə gələnə qədər Azərbaycanla Ermənistan arasında aparılan danışıqlardan xəbərsiz olması barədə açıqlamasını “düşünülməmiş bəyanat” adlandırıb.

Ermənistanın Abxaziya və Cənubi Osetiya ilə bağlı BMT-dəki səsvermədə iştirak etməməsini tənqid edən Aşotyan İrəvanın bunu böyük addım olaraq təqdim etməyə çalışdığını söyləyib:

“Gürcüstan bizim üçün dost ölkədir, amma əminəm ki, Tiflis bu jesti dəyərləndirməyəcək, Rusiya isə başa düşməyəcək. Ermənistan bundan heç nə udmayacaq. Ona görə ki, Gürcüstanı artıq Türkiyə ilə Azərbaycanın “qucağından çıxarmaq” mümkünsüzdür”.

Qeyd edək ki, bundan öncə BMT Baş Assambleyasında Gürcüstandakı qaçqın və məcburi köçkünlərlə bağlı qətnamənin qəbulu zamanı səsvermədə Ermənistan iştirak etməyib. İrəvan ilk dəfə olaraq bu tip qətnamədə Moskvanın yanında yer almayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR