Ukrayna inqilabı öz balalarını yeyir - Yatsenyuk Timoşenkonun nazirini "vurdu"

2-07-2015, 15:14 836 dəfə baxılıb

Ukrayna inqilabı öz balalarını yeyir - Yatsenyuk Timoşenkonun nazirini "vurdu"


















Ukrayna Ali Radası daha bir naziri – ekologiya naziri İqor Şevçenkonu istefaya göndərib

Şevçenko Yuliya Timoşenkonun “Batkivşina” partiyasının kvotası əsasında seçilmişdi. Xatırladaq ki, 30 iyunda nazirin fəaliyyətinin dayandırılması barədə Ali Radaya qanun layihəsi daxil olmuşdu.

Şevçenkonun işdən çıxarılma səbəbi kimi 12 iyunda Kiyev yaxınlığındakı neft anbarının yanması zamanı diqqətsizlik göstərməsi əsas gətirilir. İddiaya görə, o, yanğının qarşısını almaq əvəzinə istirahət üçün Nitsaya uçmağa hazırlaşırmış.

Başqa iddiaya görə, nazirin istefasının səbəbi baş nazir Yasenyuku korrupsiyada ittiham etməsi olub. Vəzifədə olarkən Yatsenyuk hökumətini korrupsiyada ittiham edən video müraciət yaymışdı. Müraciətdə deyilirdi:

“Mən səmimi şəkildə korrupsiya ilə mübarizəyə başladım və Yanukoviç “ailəsi” tərəfindən oğurlanmış 22 neft-qaz yatağını dövlətə qaytardım. Lakin etdiklərim hakimiyyətdə olan adamların mövqeyinə zidd idi. Hansı ki, bu adamlar Ukrayna klanları və onların maraqları ilə sıx bağlıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR