Yeni ölümcül epidemiya yayıla bilər - Alimlərdən xəbərdarlıq

15-08-2019, 15:29 281 dəfə baxılıb

Yeni ölümcül epidemiya yayıla bilər - Alimlərdən xəbərdarlıq


Beynəlxalq alimlər qrupu aşkar edib ki, bağırsaq infeksiyaları törədən Clostridium difficile bakteriyası təkamül edir, o, artıq dezinfeksiya vasitələrinə qarşı dayanıqlıdır və asanlıqla yayılır. Mikroorqanizm həm yüngül diareya, həm də həyat üçün təhlükəli xəstəliklər, məsələn, sepsis yarada bilər.

Bu barədə məlumat verən tədqiqatçıların fikrincə, insan, heyvan (it, at və donuz) və ətraf mühitdən götürdükləri klostridiyanın 906 ştammının genomunu araşdırıblar. Məlum olub ki, hazırda mikroorqanizmin xəstəxana şəraitində sağ qalıb inkişaf etməyə qadir yeni növü formalaşmaqdadır. Bu ştamm xəstəxanalardakı pasiyentlərdən götürülən nümunələrin 70%-də var. Onun malik olduğu mutasiyalar şəkəri daha yaxşı həzm etməyə imkan verir. Tədqiqatlar göstərib ki, rasionunda bol karbohidrogen olan siçanların bağırsağında bu mirkoorqanizm iri koloniyalar əmələ gətirir.

Clostridium difficile ilk dəfə 76 min il əvvəl peyda olub. XVI əsrdə ilk xəstəxanaların yaranması ilə bu bakteriyanın da müxtəlif ştammları inkişaf etməyə başlayıb. Bakteriyalar ətraf mühitə dayanıqlı sporlar əmələ gətirir ki, bunlar da insandan-insana rahatlıqla keçir. Antibiotiklərdən istifadə də xəstəlik törədir, çünki onlar faydalı bakteriyaların ölümünə və eyni zamanda klostridiyaların artmasına səbəb olur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR