Putin ikinci prezidentlə həbsxanada görüşəcəkmi?

18-08-2019, 20:26 327 dəfə baxılıb

Putin ikinci prezidentlə həbsxanada görüşəcəkmi?


Dünən Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın həbs olunacağı barədə xəbərlər yayıldı. Hələ baş nazir seçiləndən az sonra məhkəmə binalarına hücum təşkil edən baş nazir Paşinyanın volyuntarist qərarlarına adət etmiş erməni cəmiyyəti, eləcə də ona mənəvi dəstək verən Qərb, yumşaq desək şok olmuşdu. İndi isə Serj Sarkisyanın həbs olunacağı xəbəri erməni cəmiyyətini şok etməsə də, Kremli əsəbləşdirməyə bilməz.

Erməni mətbuatı yazır ki, bu payız Ermənistanda “isti” olacaq. Nəzərə alsaq ki, oktyabrın 1-də şəxsən Putin Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün İrəvana gəlir, Ermənistanda siyasi mübahisələr daha çox Koçaryanın azadlığa çıxacağı ilə geniş müzakirələrə səbəb olub. Lavrov “keçmiş rəhbərləri təqib etmək” məqsədəuyğun deyil bəyanatını versə də, Paşinyan Koçaryanı hələ də həbsdə saxlayır. Koçaryanın ad gününü həbsxanada təbrik edən Putinin İrəvana gələn kimi Koçaryanla görüşmək istədiyi barədə erməni mətbuatı geniş müzakirələr açıb. Putin həbsxanaya gedib görüşəcək, yoxsa Koçaryan azadlığa buraxılacaq? Bu suallara cavab axtarılarkən Serj Sarkisyanın və bir çox generalların həbs olunacağı barədə xəbərlər erməni cəmiyyətində xeyli suallar yaradıb.

Putinin İrəvana yeni silahlar bəxş edəcəyi də müzakirə və təbliğat predmetinə çevrilib. Rusiya prezidentinin İrəvana gəlişi Koçaryanın azad edilməsi ilə də nəticələnə bilər. Azad olunmasa, ola bilsin ki, Putin İrəvan səfərindən imtina etsin. Paşinyan isə silah istəyir, Azərbaycana qarşı istifadə edəcəyi yeni silahlar alması müqabilində o, Koçaryanı azadlığa buraxacağına, Sarkisyanı isə tutmamağa söz verdiyi barədə xəbərlər də düşmən ölkənin mətbuatında irəli sürülən mülahizələrdəndir.

Putin dostu ilə görüşmək üçün həbsxanaya gedəcəkmi? Maraqlıdır...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR