ÖLMƏKDƏN QORXMAYAN İNSANLAR –Cəsarət çatışmazlığı diktaturaların ömrünü uzadır

23-08-2019, 11:47 296 dəfə baxılıb

ÖLMƏKDƏN QORXMAYAN İNSANLAR –Cəsarət çatışmazlığı diktaturaların ömrünü uzadır

Bu yaxınlarda 2015-ci ildə Kremlin qarşısında güllələnən rus dissident siyasətçisi Boris Nemtsov haqqında sənədli bir filmə baxdım. 1990-cı illərdə gənc, yaraşıqlı yüksələn bir siyasi ulduz olan Nemtsov daha sonralar Rusiya prezidenti Vladimir Putinin avtoritarizminə əyilməkdən imtina edib, müxalifətə qoşulub, həbs edilib və nəhayət, öldürülüb. Film məni müasir həyatda qəhrəmanlıq və cəsarətin azalmış rolu, həmçinin Rusiyanın taleyi haqqında düşünməyə vadar edib.

Qəhrəmanlıq – ekstremal vəziyyətlərin məhsuludur və klassik olaraq müharibə və zorakılığı əhatə edir. Bugünkü Qərb həyat tərzi ekstremal deyil, qəhrəmanlığın dəyəri aşağı düşüb. Lakin ona ehtiyac dünyanın digər hissələrində, o cümlədən Rusiyada artır.

Qəhrəman – həm nəcibdir, həm də özünü məhv edir. O, şərəfli ölümə üstünlük verir. Homerin “İliada”sındakı Hektor deyir: “‘Doğrudan da mən həlak oldum, amma mən möhtəşəm şəkildə həlak oldum”.

Qəhrəman həyatı təbii olaraq faciəlidir; ölümsüzlük onun yeganə mükafatıdır.

Nemtsov bu qəlibdədir. Filmdə rəyi soruşulanlardan bəzilərinin fikrincə, əvvəllər hökumət naziri və Boris Yeltsinin olarkən, heç vaxt sui-qəsdə məruz qalmayacağına inanırdı.

Qəhrəmanlıqdan fərqli olaraq, cəsarət mütləq şəkildə faciəli deyil. Ancaq oxşar bir aqibət yaşanıb. Müharibə – cəsarət nümayiş etdirməyin əsas arenasıdır, amma onun əhəmiyyəti azalıb və indi əmək sərf etmək əvəzinə, mexaniki işdir.

Cəsarətli hərəkətlərimizə haqlı olaraq heyran olsaq da, artıq bunu ictimai fəzilət olaraq tələb etmirik. Siyasətçilərimizin, bir vaxtlar qoşunlarını döyüşə aparan padşahlar kimi, olacağını gözləmirik, onlar bacarıqlı və kifayət qədər gönüqalın insanlardır.

Əxlaqi cəsarət, fiziki cəsarətdən fərqli olaraq, hərbi deyil, mülki fəzilətdir. İnsan fiziki zərərdən qorxa bilər, amma mənəvi cəsarətlə ölümsüzdür. Ancaq mənəvi cəsarət həmişə fiziki cəsarətdən daha az heyranlıq doğurur, çünki o, müqavimət tələb etmir. Hökmdarlar hakimiyyətə həqiqəti söylədikləri üçün ona nifrət edir, kütlə də təsəvvürləri pozulduğundan maqolaylıq duyur.

Əxlaqi cəhətdən mənəvi cəsarət liberal dövrdə cəsarətin ən yüksək forması hesab edilib, çünki bu, qəsdli deyil, instinktivdir. Ancaq onun dəyəri cəzalarla birlikdə azalıb. Bir vaxtlar cəsarətli hesab olunan fikirlər indi sadəcə “mübahisəlidir” və işinin və ya dostlarının itirilməsinə səbəb ola bilsələr də, bu, əslində, diri-diri yandırmaqla eyni şeydir.

1660-cı illərdə filosof Tomas Hobs vətəndaşlar haqqında yazarkən, ictimai qəhrəmanlığın və cəsarətin azalmasını qeyd edib: “Nə qədər az cəsarətli olsan, həm cəmiyyət, həm də özün üçün bir o qədər yaxşıdır”.

Peşəkarlığın böyüməsi və yayılması, dinc ticarət və istehsal qəhrəmanlıq və ya cəsarətli hərəkətlərə ehtiyacı azaldıb. Müasir elm və ictimai təşkilatlanmanın ümumi meyli cəsarət və digər fəzilətlərin artıq lazım olmayacağı bir dünya yaratmaqdır. Qərbdə qəhrəmanlıq və şücaət aktları indi səhnə və ekranla məhdudlaşır.

Qəhrəmanlıq və cəsarət həmişə fəziləti kimi qəbul edilib. Məşhur Tilböri nitqində İngiltərə kraliçası I Elizabet demişdi: “Bədənim olduğunu, ancaq zəif və zərif bir qadına məxsus olduğunu bilirəm; amma məndə bir padşahın qəlbi və mədəsi var”. Kişi qəlbli qadınlar müstəsnadır. Hobs “qadın cəsarətli kişilərin” çölə çıxma riski səbəbi ilə hərbi xidmətdən azad edilməli fikrini müdafiə edib. Adam Smit ticarətin əhalini “cəsarətsiz və qorxaq” halına gətirəcəyini söyləyən yeganə şəxs deyil.

Gənc qadınların siyasi liderlər olaraq meydana çıxması bizi təəccübləndirməməlidir. Qadınlar ictimai həyatda kişilərin cəsarətinin azalmasını kompensasiya edir.

Bu, məni Nemtsova və Rusiyaya qaytarır. 1996-cı ildə Nemtsov yeganə “liberal” rus siyasətçisi idi. Digər rus liberalları Nemtsovun dəli olduğunu düşünürdülər. Bu vəziyyətdə Yeltsinin yenidən seçilməsi korrupsiya yolu ilə oldu və onun davamçısı Putin bir növ “yumşaq diktatura” ilə özünü hakimiyyətdə saxladı. Lakin Nemtsov həqiqi demokratiyanı yeganə qanuni müasir idarəetmə forması kimi təbliğ etməkdə davam etdi.

2011-ci ildən bəri Moskva və Rusiyanın digər şəhərlərində artan küçə etirazları qarşısında Putinin hakimiyyəti getdikcə daha kövrək görünür. İqtisadi rifahı təmin etmək üçün bu cür rejimlərə artıq etibar edilmədikdə, müxalifətdə yeni qəhrəmanların yetişməsi ilə onların gələcəyi təhlükə altında qalacaq. Bu, təkcə Rusiya deyil, həm də Yaxın Şərq və Şərqi Asiya üçün dərsdir.

Dünyanın bir çox hissəsində qəhrəmanlığın dəyəri yenidən artmaqdadır. Gələcək – siyasətçilər və diplomatlara deyil, ölməkdən qorxmayan kişilərlə və qadınlarla məxsusdur.

Tərcümə: Strateq.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR