Türkiyədə azərbaycanlı qadın zorlandı – FOTO

23-10-2015, 15:06 728 dəfə baxılıb

Türkiyədə azərbaycanlı qadın zorlandı – FOTO






















“Pula görə narahat olmayın”

Türkiyənin Samsun vilayətində 5 gün əvvəl Azərbaycandan bu ölkəyə müalicə üçün gələn A.C. adlı qadın zorlanıb.

Türkiyə mətbuatı xəbər verir ki, gənc qadın Samsunun İlkadım şəhərində Cümhuriyyət meydanında B.A.-nın idarə etdiyi taksini saxlayaraq, otelə getmək istədiyini və gediş haqqının nə qədər olacağını soruşub.

Taksi sürücüsü “pula görə narahat olmayın” deyib, qadını maşına mindirib. Buradan A.C.-ni şəhərin Kadifekale məhəlləsindəki boş evə aparan B.A. onu zorlayıb.

Daha sonra B.A. öz dostu M.S.-i həmin evə çağırıb və burada azərbaycanlı qadını 2 gün zorlayıblar.

Şübhəli şəxslər dünən qadını taksi ilə otellərdən birinin qarşısında qoyaraq, qaçıblar.

Türkiyə polisi A.C.-nin şikayəti əsasında həmin şəxsləri saxlayıb. Hazırda polis iş üzrə araşdırma aparır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR