Tramp şəkillərdə niyə narıncı düşür?

16-09-2019, 16:09 241 dəfə baxılıb

Tramp şəkillərdə niyə narıncı düşür?


Saçları və dərisinin rəngi ilə zaman-zaman gündəmə gələn ABŞ prezidenti Donald Tramp ilk dəfə bununla bağlı açıqlama verib.

Prezident enerjiyə qənaət edən lampaların işığı səbəbindən dərisinin fotolarda narıncı rəngə çaldığını deyib. O bildirib ki, həmin lampaları əngəlləməyə çalışsalar da, cəhdləri uğursuz olur: "Lampalar. İnsanlar "lampalara bə olub?" deyə soruşurlar. İstifadəyə məcbur edildiyimiz lampaların işıqları çox da yaxşı deyil. Ona görə də, həmişə narıncı rəngdə düşürəm".

Ancaq fotoqraflar və makiyaj ustaları Trampla eyni fikirdə deyillər. Portret mütəxəssisi Tamzin Smis arxa fonda ağ olsa belə, Trampın narıncı düşdüyünü bildirərək, belə olan halda ağ köynəyin də narıncı görünməli olduğunu deyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR