Müsəlman ölkəsi Ermənistanın bayramını təntənə ilə qeyd etdi

22-09-2019, 18:34 318 dəfə baxılıb

Müsəlman ölkəsi Ermənistanın bayramını təntənə ilə qeyd etdi



Birləşmiş Ərəb Əmirliyində Ermənistan Respublikasının müstəqillik günü münasibətilə dünyanın ən hündür binası – Bürc Xəlifə erməni bayrağının rəngləri ilə işıqlandırılacaq.

Xəbər öz təsdiqini tapdı və yalnız Dubaydakı Bürc Xəlifə deyil, əmirliyin paytaxtı Abu-Dabinin də göydələnlərinin biri Ermənistan Respublikasının bayrağının rəngləri ilə işıqlandırılıb.

Xəbəri təqdim edən erməni saytı “Aravot” yazır:

”Bu təşəbbüs Ermənistanın Birləşmiş Ərəb Əmirliyindəki səfirliyinə məxsusdur. Buna görə də səfirlik dost ərəb ölkəsinin hökümətindəki kolleqalarına və dostlarımıza bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkür edir”.

Moderator.az
P.S. Ermənistanın müstəqillik günü münasibəti ilə İran İslam Respublikasının prezidenti Həsən Ruhani də Ermənistan rəhbərliyinə təbrik məktubu göndərib və iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR