Tramp gizli xəstəliyə tutulacaq, müsəlmanlar Avropaya hakim olacaq – Vanqanın proqnozları GÜNDƏMDƏ

1-10-2019, 17:06 319 dəfə baxılıb


Tramp gizli xəstəliyə tutulacaq, müsəlmanlar Avropaya hakim olacaq – Vanqanın proqnozları GÜNDƏMDƏ

Türkiyə mətbuatı doğru proqnozları ilə dünyaya tanınan Vanqanı yenidən gündəmə gətirib.

Bu dəfə Türkiyə KİV-ləri İstanbulda baş verən güclü zəlzələri Vanqanın 2019-cu il proqnozlarında yer aldığını iddia edib.

İddia olunur ki, Vanqa 2019-cu il proqnozlarında ilin Türkiyə üçün heç də yaxşı keçməyəcəyini bildirib. Vanqa artıq uzun zamandır dünyasını dəyişsə də, hələ də baş verən hadisələr onun adı ilə bağlanır və proqnozlarına bu gün də inanlar az deyil. İddialarda ən çox diqqət çəkən isə ABŞ Prezidenti Donald Trampla bağlı deyilənlərdir. Belə ki, Trampın 2019-cu ilin sonunadək gizli bir xəstəliyə tutulacağı və bu xəstəlik səbəbi ilə beyin travması keçirəcək, qulaqlarının eşitmə qabiliyyətini itirəcəyi iddia olunur.

Qeyd edək ki, Vanqanın 2043-cü ildə dünya iqtisadiyyatının pik həddə qədər yüksələcəyini və müsəlmanların Avropaya hakim olacağını dediyi də idda olunur.

Vilayət Muxtar
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR