“ABŞ-da dövlət çevrilişi baş verir...”

2-10-2019, 18:20 257 dəfə baxılıb

“ABŞ-da dövlət çevrilişi baş verir...”

ABŞ prezidenti Donald Tramp ölkədə “dövlət çevrilişinin başladığını” bəyan edib. Virtualaz.org xəbər verir ki, Birləşmiş Ştatlar lideri demokratların Konqresdə onun barəsində başlatdıqları impiçment proseduru ilə bağlı belə qənaətə gəlib.

“Hər gün mən daha çox əmin oluram ki, baş verənlər impiçment deyil, dövlət çevrilişidir”,-Tramp Tvitter-də yazıb. O qeyd edib ki, çevrilişin məqsədi amerikalılardan xalqın hakimiyyətini qəsb etmək, onların səslərini, azadlıqlarını, silah daşımaq haqlarını, dinini, ordusunu və “Allahın ABŞ vətəndaşlarına verdiyi haqları” əllərindən almaqdır.

Xəbər verildiyi kimi Nümayəndələr palatası sentyabrın 25-də Trampın barəsində impiçment proseduru başladıb. Prezidentin hakimiyyətdən kənarlaşdırılması prosedurunun başladılması üçün əsas isə kəşfiyyat zabitinin onun barəsində verdiyi şikayətdir. Həmin kəşfiyyatçı Trampın bu ilin iyul ayında Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığını dinləyərkən prezidentin öz potensial rəqibi-keçmiş vitse-prezident Cozef Baydenin oğlu barədə Ukraynada korrupsiya işi üzrə təhqiqat aparılmasını istədiyini aşkar edib. Bu isə ABŞ Konstitusiyasına ziddir.

Demokratlar Trampa habelə bağlanmış hesab edilən Rusiya işi üzrə də hücumu bərpa edirlər. “Politico” nəşri yazır ki, Demokratlar partiyasının hüquqşünasları Trampın WikiLeaks saytı ilə 2016-cı ilin seçki kampaniyası zamanı əlaqələr barədə yalan danışıb. Belə ki, Trampın seçki qərargahının rəhbəri Pol Manafort saytla əlaqələrinin olduğunu, Trampın bu əlaqələr haqda bildiyini təsdiqləsə də sonradan xüsusi prokurorun sorğusuna fərqli cavab verib. WikiLeaks demokratların qərargahına kiber hücum həyata keçirərək Hillari Klintonun elektron yazışmalarını ələ keçirmişdi. Hüquqşünasların bildirdiyinə görə, həmin vaxt Tramp Manafortdan xahiş edib ki, onu saytın demokratların qərargahı ilə bağlı fəaliyyəti barədə kursda saxlasın.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR