Allahla son müharibə: Yüz milyonlar öləcək, 3 milyarda yaxın insan isə... - XƏBƏRDARLIQ

2-10-2019, 00:00 283 dəfə baxılıb


Allahla son müharibə: Yüz milyonlar öləcək, 3 milyarda yaxın insan isə... - XƏBƏRDARLIQ

Kəşmir məsələsinə görə Hindistan və Pakistan arasındakı gərginlik nüvə müharibəsinə səbəb ola bilər.

Bu xəbərdarlıqla Kəşmirin Pakistana aid hissəsinin rəhbəri Məsud Xan çıxış edib.

O bildirib ki, Pakistan müharibəyə başlamaq istəmir, ancaq realist ssenarini dünyanın diqqətinə çatdırmaq istəyir ki, dünya birliyi Hindistanı qanunsuz əməllərindən çəkindirsin.

Məsud Xanın sözlərinə görə, başqa ölkələr müharibəyə birbaşa cəlb olunmasalar da, nüvə müharibəsi armaqeddon (Armaqeddon müharibəsi dedikdə hökumətlərlə Allah arasındakı sonuncu müharibə nəzərdə tutulur- red.) ola bilər.

Onun sözlərinə görə, bu baş verərsə, Cənubi Asiyada yüz milyonlarla insan öləcək, radiasiya isə 2,5 milyard insana təsir göstərəcək.

Xatırladaq ki, Pakistanın Baş naziri İmran Xan da çıxışlarından birində nüvə müharibəsini istisna etməmişdi.

Xəzər
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR