Azərbaycanlı idmançı erməni idmançının həyatını xilas etdi – FOTO

28-10-2015, 11:49 693 dəfə baxılıb

Azərbaycanlı idmançı erməni idmançının həyatını xilas etdi – FOTO

















“Azərbaycanlılar mənim qardaşlarımdır”

Şimali Kipr Türk Cümhuriyyətində keçirilən taekvondo üzrə GTF çempionatında maraqlı hadisə yaşanıb.

azinfo.tv Şimali Kiprin “Bayrak Radyo Televizyon Kurumu” (BRTK) telekanalının məlumatına istinadən xəbər verir ki, yarışlarda KKTC, Türkiyə, Kanada, Moldova, Rusiya, Tatarıstan, Ermənistan, Azərbaycan, İran, Norveç, Bolqarıstan, Özbəkistandan xeyli sayda dərəcə almaq istəyən idmançılar iştirak ediblər.

“Oktyabrın 22-də ermənistanlı idmançı Davit Atenesyan tədbirdən sonra istirahət etmək üçün qaldıqları evin hovuzuna girib və burada boğulmağa başlayıb.

Bunu görən Azərbaycan komandasının idmançısı Həsənzadə Həsən dərhal hovuza tullanaraq, erməni idmançını sudan çıxarıb. Atenesyanın nəfəs almadığını görən Həsənzadə ona süni nəfəs verməyə başlayıb və həkimlər gələnə kimi ona ilkin tibbi yardım göstərib.

Daha sonra Atenesyan xəstəxanaya aparılıb. Bir gün xəstəxanada qalan erməni idmançı ayıldıqda heç bir şeyi xatırlamadığını söyləyib, baş verənlərin ona yuxu kimi gəldiyini deyib.

Xəstəxanadan buraxıldıqdan sonra idmançı azərbaycanlı idmançının yanına gələrək, ona təşəkkürünü bildirib.

Erməni idmançı bu hadisədən çox təsirlənərək, hətta bundan sonra azərbaycanlıları özünə qardaş bildiyini bəyan edib”, - BRTK xəbər verib.

Azərbaycanlı idmançı erməni idmançının həyatını xilas etdi – FOTO
Azərbaycanlı idmançı erməni idmançının həyatını xilas etdi – FOTO
Azərbaycanlı idmançı erməni idmançının həyatını xilas etdi – FOTO


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR