David Atanesyan: Azərbaycan idmançısı məni ölümdən xilas etməyib

29-10-2015, 12:35 638 dəfə baxılıb

David Atanesyan: Azərbaycan idmançısı məni ölümdən xilas etməyib


















“Mən batmamışam və huşumu itirməmişəm”

NEWS.am sport-un müxbiri ilə söhbətdə Ermənistanın Aykikendo Karate Federasiyasının prezidenti David Atanesyan onun azərbaycanlı txekvondisti Həsən Həsənzadə tərəfindən ölümdən qurtarılması barədə xəbəri şərh edib.

Xatırladaq ki, türk mətbuatının məlumatına əsasən Kiprdə keçirilən beynəlxalq turnirdə yarışlar arasındakı fasilələr zamanı Atanesyan hovuzda çimmək qərarına gəlib və naməlum səbəbdən batmağa başlayıb.

Bunu görən Azərbaycan komandasının idmançısı Həsən Həsənzadə hovuza atılıb və David Atanesyanı sudan çıxarıb.

“Hovuzda ürəyim dayandı. Rusiya Federasiyasının vitse-prezidenti və azərbaycanlı idmançı məni hovuzdan çıxardılar və xəstəxanaya apardılar. Mən onlara təşəkkür etdim, bununla da hər şey bitdi.

Biz idmançıyıq və bu, hamının başına gələ bilər. Mən boğulmurdum və huşumu da itirməmişdim. Mən istəmirəm ki, bu haqda yazmağa davam etsinlər. Onların yerində olan başqa adam da belə edərdi.

İndi özümü daha yaxşı hiss edirəm. İki gün öncə Ermənistana qayıtmışam. Bir daha vurğulamaq istəyirəm ki, bu mövzu bağlanıb”, - David Atanesyan bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR