"Başladığımız işi bitirəcəyik"

14-10-2019, 22:09 310 dəfə baxılıb

 "Başladığımız işi bitirəcəyik"



Heç bir ölkə terror təhlükəsindən sığortalanmayıb. Lakin biz coğrafi mövqeyimizə görə daha çox terrora məruz qalmışıq.
Azvision.az xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Türk Biznes Şurasının görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, 40 ildir “PKK”, “İŞİD”, “FETO” və digər terror qruplaşmaları ilə mübarizədə Türkiyə 10 minlərlə insanı qurban verib:

“Terrorun acısını bilən millətlərdən biri bizik. Müttəfiqlərimiz və dostlarımız Suriyada anti-terror əməliyyatına başladığımız üçün bizi təhdid etdi. Amma biz heç vaxt peşiman olmadıq. Son addımın tək səbəbi Suriyanın şimalını PKK terrorçularından təmizləyib, gerçək sahiblərinə təslim etməkdir. Suriyanın Əl-bab şəhərində bunu etdik, oranı 3500 İŞİD-çidən təmizlədik. Dünya bunu görmür?! Gözləri var, amma görməzlər, qulaqları var, amma eşitməzlər.

Cerablusu təmizlədik. Orda türklər varmı? Yox, gərçək sahibləri var. Avropa Birliyi, Ərəb Liqası bunu görmürsən?! Ərəb Liqası Suriyanı oradan çıxaran deyilmi? Suriyanı çıxaranlar indi bu əməliyyata görə Suriyanı Ərəb Liqasına qəbul etməkdən danışırlar. Türkiyə NATO-nun üzvüdür. Bəlkə bu terror qrumları da NATO-ya üzv qəbul olunub, mənim xəbərim yoxdur. Anlamaq mümkün deyil. Bu çoxüzlülük nə ilə izah edilir”.

Ərdoğan deyib ki, bu cür münasibət güclənən Türkiyəyə görədir: "Siz inadınızı edin, biz də öz addımımızdan geri çəkilməyəcəyik. Bizim mədəniyyətimizdə bütün darda qalanların əlindən tutmaq var. Türkiyə haqlı davasını davam etdirəcək. başladığımız işi bitirəcəyik. Məmməd Əmin Rəsulzadə demişkən, "Bir kərə qalxan bayraq, bir daha enməz". Başda Azərbaycan olmaq üzrə bizi dəstəkləyən bütün liderlərə, qardaşlara təşəkkür edirəm”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR