İŞİD liderinin meyitinin qalıqları dənizə atılacaq

28-10-2019, 13:00 228 dəfə baxılıb

İŞİD liderinin meyitinin qalıqları dənizə atılacaq


İŞİD-in ötən gün zərərsizləşdirilmiş lideri Əbu Bəkr əl-Bağdadinin meyitinin qalıqları dənizə atıla bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNN teleşirkəti mənbəyə istinadən məlumat yayıb.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayen də buna oxşar fikir səsləndirib. ABŞ rəsmisi bildirib ki, əl-Bağdadinin meyitinin qalıqları "Əl Qaidə" terror qruplaşmasının rəhbəri Üsamə bin Ladenin meyitinin qalıqları kimi dənizə atılacaq.

Xatırladaq ki, ABŞ hakimiyyəti Üsamə bin Ladeni 2001-ci ilin 11 sentyabrında Nyu Yorkdakı hücumda əsas təşkilatçı hesab edirdi. O, 2011-ci ilin 2 mayında ABŞ-ın Hərbi Qüvvələrinin Pakistanın Abbotabad şəhərində keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib. Onun meyiti Ərəbistan dənizinə atılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR