Rusiyada daha bir aviaqəza - iki təyyarə toqquşdu

8-11-2015, 13:50 754 dəfə baxılıb

Rusiyada daha bir aviaqəza - iki təyyarə toqquşdu














Bu gün Rusiya daha bir aviaqəza xəbəri ilə silkələnib. Xabarovsk hava limanında iki təyyarə toqquşub

Virtualaz.org saytı "RİA Novosti"yə istinadən xəbər verir ki, “Aeroflot” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi eniş-uçuş zolağına daxil olarkən "AN-26" təyyarəsi ilə toqquşub. İnsident zamanı heç kəs xəsarət almayıb.

Moskvaya uçmalı olan təyyarənin göyərtəsində 400 sərnişinin olduğu bildirilir. Digər layner isə yük daşımaları üçün nəzərdə tutulub.

Sərnişinlər hadisədən 2 saat sonra digər təyyarə ilə Moskvaya göndərilib. Uzaq Şərq Nəqliyyat Prokurorluğunda faktla bağlı araşdırmalara başlanılıb.

Son günlər Rusiyada aviaqəzalar mövzusuna həssas yanaşılır. Bu, son 10 gündə Rusiya təyyarəsinin iştirakı ilə artıq üçüncü insidentdir. Hadisələrdən ən ciddisi oktyabrın 31-də "A321" sərnişin təyyarəsinin Misirin Sinay yarımdası üzərində qəzaya uğramasıdır. Şarm-əş-Şeyx-Sankt-Peterburq reysi ilə uçan Rusiyaya məxsus təyyarənin göyərtəsində 224 nəfər olub. Qəza nəticəsində bütün sərnişinlər həlak olub.

Bundan bir neçə gün sonra Krımda daha bir aviaqəza olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR