47 milyon pul oğurlayan milliyyətcə azərbaycanlı məmur saxlanıldı

6-07-2015, 13:57 869 dəfə baxılıb

47 milyon pul oğurlayan milliyyətcə azərbaycanlı məmur saxlanıldı

















Dərbənndə əməliyyat

Dərbənddə (Dağıstan) büdcə vəsaitinin oğurlanmasında şübhəli bilinən Dərbənd təhsil idarəsinin rəisi Nadir Kazımov saxlanılıb.

Nadir Kazımov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən iyulun 5-də axşam saxlanılıb, “Kavkazski uzel” bildirib.

İstintaq orqanlarındakı mənbə bu məlumatı təsdiqləyərək dəqiqləşdirib ki, Nadir Kazımov 47 milyon rublun mənimsənilməsində şübhəli bilinir, Rusiya Federasiyası CM-nin 159-cu maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edilir ki, bu maddə üzrə maksimal sanksiya 10 il müddətinə azadlıqdan məhrumetmədir.

İstintaqın versiyasına görə, Kazımov Dərbənd təhsil idarəsinin mühasib və kassiri ilə bərabər nəzarət orqanlarına müvəqqəti iş qabiliyyətinin olmamasına dair borc üzrə yalan məlumat təqdim ediblər.

Beləliklə, onlar nəzərdə tutulan məbləğdən əlavə 47 milyon rubl əldə ediblər, sonradan isə sənədlərin saxtalaşdırılması nəticəsində bu pulu mənimsəyiblər.

Qeyd edək ki, Nadir Kazımov milliyyətcə azərbaycanlıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR