Qəzaya uğrayan təyyarə ilə bağlı ŞOK FAKT: Rusiya 224 nəfərin ölümünü təşkil edən ABŞ casuslarını tutdu

11-11-2015, 14:16 713 dəfə baxılıb

Qəzaya uğrayan təyyarə ilə bağlı ŞOK FAKT: Rusiya 224 nəfərin ölümünü təşkil edən ABŞ casuslarını tutdu

















Rusiyanın xarici kəşfiyyat xidməti Yəməndə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) iki agentini tutub

Publika.az “whatdoesitmean.com” saytına istinadən xəbər verir ki, amerikalı agentlər İŞİD terrorçularından istifadə edərək Misirin Sinay yarımadasında Rusiya təyyarəsinin qəzasını təşkil etməkdə ittiham olunur.
MKİ-nin agentlərinin tutulması üçün Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Yəmənin paytaxtı Sanaya “xüsusi reys” təşkil edib. Təyyarə paytaxta müvəffəqiyyətlə enə bilib. Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin qırıcıları agentlərin tutulmasından sonra havaya qalxan təyyarəni vurmaqla hədələyib. Amma görülən “əks-tədbirlər” nəticəsində (“əks-tədbirlər”in nədən ibarət olduğu dəqiq göstərilmir) “xüsusi reys” Rusiyanın hava məkanına sağ-salamat qayıda bilib.
MKİ-nin agentlərinin tutulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə hesabat verildikdən sonra Putin regiona bütün uçuşları qadağan edib. Çünki Yəməndən MKİ-nin agentləri və onların avadanlıqlarının gətirilməsinə qədər uçuşların qadağan edilməsi mümkün deyildi.
Rusiya həmçinin ehtiyat edirdi ki, ABŞ prezidenti Barak Obama FHN-in “xüsusi reys”inin məhv edilməsi barədə əmr verə bilər. Belə ki, Türkiyənin İncirlik bazasından F-15 eskadrilyası havaya qaldırılmışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR