Ölkəsini virusa yoluxduran qadın diz çökərək yalvardı: "Məni öldürün, ancaq uşaqlarıma toxunmayın"

1-04-2020, 20:51 211 dəfə baxılıb

Ölkəsini virusa yoluxduran qadın diz çökərək yalvardı: "Məni öldürün, ancaq uşaqlarıma toxunmayın"

Ukraynada koronavirusun ilk ortaya çıxdığı Çernovtsi vilayətində insanlara virusu yoluxduran qadın diz çökərək "Məni öldürün, ancaq uşaqlarıma toxunmayın" deyərək bağışlanmasını istəyib.

Moderator.az xəbər verir ki, Çernotvtsi vilayətinin Kolenkovtsi kəndində yaşayan Yelizaveta adlı qadın bir müddət əvvəl çalışmaq üçün getdiyi İtaliyadan ölkəsinə qayıdıb. Sözügedən qadın yaşadığı kəndə gəldikdən sonra özünü karantinə almayaraq virusu yaşadığı kəndə və bütün əyalətə yoluxdurmaqda ittiham edilir.

Kənd əhalisinin qəzəbinə tuş gələn və evinin yandırılacağı təhdidləri ilə üzləşən qadın bütün kənd əhalisindən üzr istəyib. Koronavirusdan sağaldığını və bir daha İtaliyaya getməyəcəyini söyləyən qadın diz çökərək "Həyatımda övladlarım və nəvələrimdən dəyərli bir şeyim yoxdu. Məni öldürün, kəsin, doğrayın, amma yalvarıram övladlarıma və nəvələrimə toxunmayın"deyib.

Xəstəxanadakı müalicəsi bitdikdən sonra sağalaraq kəndə qayıtdığını söyləyən qadın kənddə ona qarşı olan reaksiya səbəbi ilə çörək almaq üçün evdən çıxa bilmədiyini söyləyib.

Qeyd edək ki, Ukraynada 669 insanın koronavirusa yoluxduğu, 17 nəfərin həyatını itirdiyi, 10 nəfərin isə sağaldığı bildirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR