Andranik Miqranyan: Yekəxanalıq etməyin, Rusiyaya “sağ ol” deyib, dalından öpün!

16-02-2016, 13:35 624 dəfə baxılıb

Andranik Miqranyan: Yekəxanalıq etməyin, Rusiyaya “sağ ol” deyib, dalından öpün!












“Zavallı heyvanlar!”

Erməni ictimaiyyəti başa düşməlidir ki, Ermənistan Türkiyə ilə - 80 milyonluq əhaliyə və nəhəng hərb maşınına malik, fəal şəkildə inkişaf edən bir dövlətlə qarşıdurmada heç bir şansı yoxdur.

Bunu erməni əsilli tanınmış politoloq, uzun illər Rusiyada, son 8 ildə isə ABŞ-da yaşayan Andranik Miqranyanın tert.am erməni nəşrinə verdiyi müsahibəsində bəyan edib.

Miqranyan qeyd edib ki, Rusiyanın zəmanətləri olmasa, Ermənistan heç kimə - nə ABŞ-a, nə İngiltərəyə, nə NATO-ya, heç kimə bel bağlaya, güvənə bilməzdi.

“Vəziyyətdən çıxış edərək, - yeri gəlmişkən, bu barədə Vaşinqtonda da, Moskvada da demişəm, - qeyd edim ki, əgər Türkiyə hərbi təyyarəsi yenidən Ermənistanın sərhədini pozarsa, o zaman Ermənistanın və ya Rusiyanın HHQ qüvvələri türk təyyarəsini məhv edə bilər, bu halda onlar yalnız özlərindən küsməlidir. Söhbət təyyarənin yalnız Ermənistan ərazisindən vurulmasından gedir”, - politoloq qeyd edib.

Sözünün davamında bildirib:

“Deyəsən, ötən payız Türkiyənin hərbi vertolyotları Ermənistanın hava məkanını pozmuşdu. Onları vurmaq lazım idi ki, bilsinlər ki, bu - öz sərhədləri olan başqa bir dövlətdir. İndi də məqamdan istifadə edib vurmaq lazımdır.

Bunu həmişə etmək lazımdır. Mən Ermənistan və Türkiyə arasında münaqişəni təşviq eləmirəm, ancaq Türkiyə tərəfi özünü çox abırsız aparır, Sürix protokollarından sonra isə ifrat kapriz göstərir. Ona görə də bilməlidirlər ki, onlara qarşı da intizam qaydasında kontur-amil var, çünki mahiyyət etibarilə bu, Ermənistan ərazisi olmaqla yanaşı, həm də Rusiyanın qoruduğu KTMT ərazisidir”.

Həmin müsahibədə jurnalist ona saxta erməni “soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanun layihəsinin Rusiya Dövlət Dumasına təqdim edildiyini xatırladıb və ardınca onun aqibəti ilə maraqlanıb, eyni zamanda rusları “erməni məsələsi” ilə möhtəkirlik etməyə çalışmaqda qınayıb. Miqranyanın verilən suala və irada reaksiyası təhqiramiz olub:

Bu başabəla yerli vətənpərvərlər və rusofobların onlardan istifadə olunduğunu iddia eləməsi gülməlidir. Zavallı heyvanlar! Məgər istifadə eləməsələr, o zaman kimsə sizin problemlərinizi yada salacaqmı? Allaha şükür edin ki, türklər belə yanlışı yapıb və indi Rusiya dövləti bütün gücü ilə türkləri cəzalandırmağa çalışır, bundan ötrü arxivdəki problemləri işıq üzünə çıxarır. Çünki siz - yazıq heyvanlar, hətta bütün səylərinizi birləşdirib 100 il çalışsanız da, buna nail ola bilməzdiniz!

Rusiyaya “sağ ol” demək lazımdır ki, o, Ermənistandan deyil, erməni məsələsindən istifadə edir. Allaha şükür ki, Rusiya öz maraqlarından çıxış edərək sizin məsələlərinizi də qaldırır, irəli aparır. Məgər Rusiya “ey türklər, siz Ermənistana qarşı cinayət eləmisiniz” deməklə ermənilər əleyhinə nəsə edir ki?

Tert.am-ın bu məsələni Rusiya yalnız özünə sərf elədiyi vaxt yada salmasına dair iradına politoloqun cavabı belə olub:

“Siyasət belədir. Ancaq əgər ruslar yada salmasa, məsələ beləcə də basdırılmış qalmayacaq ki? Eşşəklər, siz bundan istifadə edə bilərsiniz, fürsət düşüb böyük bir dövlət bundan danışmağa başlayıb!”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR