Jirinovski: Türkiyə torpaqlarını ermənilərə vermək lazmdır

21-02-2016, 12:51 639 dəfə baxılıb

Jirinovski: Türkiyə torpaqlarını ermənilərə vermək lazmdır












“Türkiyə dövlət kimi ləğv olunmalıdır”

Georgi Jukovun 1945-ci ildə Berlində olduğu kimi, mən də Türkiyədə azad olunmuş torpaqların hərbi komendantı ola bilərəm. İstanbulu Konstantinopola dəyişmək, pravoslav kilsələri bərpa etmək, rus dilini ikinci dil etmək.

Jirinovski planları barədə “Rus xəbərlər xidmətinə” danışıb.

O əlavə edib ki, Türkiyəni dövlət kimi ləğv olunmalıdır, onun torpaqlarını isə kürd, erməni, yunan və bolqarlar arasında bölmək lazımdır. Jirinovski bildirib ki, buna yalnız Rusiyanın “hərbi köməyi” ilə nail olmaq olar.

Liberal-demokrat əminliyini vurğulayıb ki, kürdlər Ankaranı iki həftəyə ələ keçirməyə hazırdılar, ermənilər isə “100 il əvvəl törədilmiş qondarma soyqırımının qisasını almaq istəyirlər”.

Siyasətçi bunu irimiqyaslı müharibə olmayacağını bildirərək, qeyd edib ki, Avropa Birliyi və NATO Türkiyəyə kömək etmək niyyətində deyillər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR