Kanadanın baş naziri gey-paradda iştirak edəcək

23-02-2016, 13:53 575 dəfə baxılıb

Kanadanın baş naziri gey-paradda iştirak edəcək














“Yenidən orada olmağı səbirsizliklə gözləyirəm”

Kanadanın baş naziri Castin Tryudo Torontoda gey-paradda iştirak edəcək.

Bu barədə CBC telekanalı tədbirin təşkilatçılarına istinadən məlumat yayıb.

Parad iyulun 3-də baş tutacaq. Hazırkı baş nazir bu qəbildən olan tədbirdə iştirak edən ilk baş nazir olacaq.

“Yenidən orada olmağı səbirsizliklə gözləyirəm, bu dəfə artıq baş nazir qismində”, - Tryudo gey-paradda öz iştirakını Twitter-dəki mikrobloqunda şərh edib.

Tryudodan başqa paradda Kanadanın maliyyə naziri Bill Morno, Ontarionun baş naziri Ketlin Uinn və Torontonun meri Con Tori iştirak edəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR