İranda 700-ə yaxın adamı edam etdilər

23-07-2015, 15:16 981 dəfə baxılıb

İranda 700-ə yaxın adamı edam etdilər


















Pornoqrafiya, qətl və zorlama, küfr və kafirliyə görə

İranda 2015-ci ilin əvvəlindən təxminən 700 nəfər adam edam edilib, bu barədə Amnesty International hüquq-mühafizə təşkilatının dərc edilmiş məruzəsində bildirilib.

“Etibarlı mənbələr”in məlumatına əsasən edam edilənlərin dəqiq sayı 694 nəfərdir, azinfo.tv İnterfaks-a istinadən xəbər verir.

2014-cü il ərzində də təxminən o qədər insan edam edilib.

“Əgər İran hakimiyyəti icraata belə dəhşətli sürətlə davam etsə, ilin sonuna sanksiyalaşdırılmış ölümlərin sayı 1000-dən çox olacaq”, - Amnesty International-ın Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Said Bumeduxa bildirib.

Bununla yanaşı hüquq mühafizəçiləri, Tehranda bu dövr ərzində yalnız 246 edam faktını qeyd edirlər.

İranda ölüm hökmü qətl və zorlama, küfr və kafirliyə, silahlı basqın, narkotik alveri, zina, satqınlıq və şpionaj, eləcə də pornoqrafiyanın yayılmasına görə çıxarıla bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR