Tramp Obamanın İŞİD və Əsədlə mübarizəsini axmaqlıq adlandırdı

27-03-2016, 12:30 659 dəfə baxılıb

Tramp Obamanın İŞİD və Əsədlə mübarizəsini axmaqlıq adlandırdı









“Onlar bir-biri ilə döyüşürlər, biz isə onların hər ikisi ilə mübarizə aparırıq”

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan Donald Tramp ABŞ prezidenti Barak Omabanın iki cəbhədə - İŞİD terror qruplaşması və Əsəd rejiminə qarşı mübarizəsini axmaqlaqdır.

Bunu Tramp “The New York Times” nəşrinə müsahibəsində bildirib.

“Onlar bir-biri ilə döyüşürlər, biz isə onların hər ikisi ilə mübarizə aparırıq”, - Tramp deyib.

Onun sözlərinə görə, İŞİD Suriya prezidenti Bəşər Əsəddən daha təhlükəlidir.

Tramp həmçinin hesab edir ki, İŞİD-lə mübarizə üçün onların resurslarına, o cümlədən neft yataqlarına çıxış əldə etmək kifayətdir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR