Ukrayna “Eurovision”dan imtina etməyəcək

23-05-2016, 10:32 555 dəfə baxılıb

Ukrayna “Eurovision”dan imtina etməyəcək















“Bu, bizim üçün böyük şərəfdir”

Ukrayna 2017-ci ildə ölkədə “Eurovison”un keçirilməsi üçün maksimum səy göstərəcək.

Bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman “1+1” telekanalının efirində bildirib.

“Biz heç bir halda “Eurovision”un keçirilməsindən imtina etməyəcəyik. Hesab edirəm ki, bu, bizim üçün böyük şərəfdir”, - o deyib.

Baş nazir, həmçinin qeyd edib ki, hakimiyyət bu beynəlxalq müsabiqəni yüksək, peşəkar səviyyədə keçirmək üçün maksimum səy göstərəcək.

Maliyyə naziri Aleksandr Danelyuk mayın 18-də müsabiqənin Ukraynada keçirilməsini “sayıq qiymətləndirməyi” vəd edib. Bununla yanaşı, məmur müsabiqənin keçirilməsi haqqının başqa ölkəyə verilməsi imkanını da xatırladıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR