Almaniyada balta ilə qatarın sərnişinlərinə hücum oldu

19-07-2016, 12:59 603 dəfə baxılıb

Almaniyada balta ilə qatarın sərnişinlərinə hücum oldu










Cinayətkar qaçmağa cəhd edib

Bazar ertəsi Bavariyada şəhərətrafı qatarın sərnişinlərinə balta ilə hücum edən şəxs güllələnib, məlumat Almaniya polisi tərəfindən təsdiqlənib.

BBC xəbər verir ki, hadisə nəticəsində ən azı 3 nəfər ciddi, bir nəfər yüngül xəsarət alıb, 14 nəfər şok vəziyyətindədir.

Bavariyanın DİN rəhbəri Yoahim Herrmana istinadən “Deutsche Welle” yaydığı məlumata görə, hücumda Oksenfurt şəhərində yaşayan 17 yaşlı əfqan şübhəli bilinir.

Bəzi məlumatlara görə, gənc adamın qaçqındır və Almaniyaya bu yaxınlarda gəlib.

Balta və bıçaqla silahlanaraq o, Oksenfurt və Vürtsburq-Haydinqsfeld stansiyası arasında sərnişinlərə hücum edib, nazirin sözlərini “Deutsche Welle” sitat gətirib.

Qatar dayanarkən cinayətkar qaçmağa çalışıb, amma hadisə yerinə gələn polislərlə qarşılaşıb və polislər tərəfindən güllələnib.

Almaniyanın DPA agentliyinin məlumatına görə, xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR