Yapon dənizində gəmi itkin düşüb — Ekipajda azərbaycanlılar da var

25-01-2018, 10:39 477 dəfə baxılıb

Yapon dənizində gəmi itkin düşüb — Ekipajda azərbaycanlılar da var














Yapon dənizində "Vostok" gəmisi itkin düşüb.
"Ölkə.Az" xəbər verir ki, axtarış zamanı iki xilasedici jilet aşkar edilib. Bundan başqa xəbər verilir ki, hadisə yerində gəmiyə məxsus məişət tullantısı və digər əşyalar da tapılıb.

Balıqçı gəmisi Cənubi Koreyadan Xolmsk limanına doğru hərəkət edirmiş. Həftənin cümə axşamı ekipaj qəza siqnalı göndərib sonra isə əlaqəyə çıxmayıb. Gəmidə 21 nəfər var. Onlar arasında Azərbaycan, Moldova, Saxalin, Primorsk, Çelyabinsk, Krasnoyarsk, Orenburq, Zaporojye, Sverdlovsk sakinləri var.
Bir teploxod, iki helikopter axtarış işləri ilə məşğul olur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR