Əfqanıstanda hərbi akademiyaya hücum: 5 ölü, 10 yaralı — YENİLƏNİB

29-01-2018, 11:39 435 dəfə baxılıb

Əfqanıstanda hərbi akademiyaya hücum: 5 ölü, 10 yaralı — YENİLƏNİB















Kabulda hərbi akademiyaya edilən hücum nəticəsində ölənlərin sayı artıb.
"Ölkə.Az" xəbər verir ki, 5 nəfər həlak olub, 10 nəfər xəsarət alıb. Xəbəri "Pajvak" agentliyi yayıb.

Qeyd edək ki, əvvəlcə ölənlərin sayı 2 nəfər idi.

***

Əfqanıstanın paytaxtı Kabul şəhərində bir qrup terrorçu hərbi akademiyaya hücum edib.
"Ölkə.Az" xəbər verir ki, toqquşma nəticəsində iki hərbçi həlak olub, 10 nəfər xəsarət alıb. İnsident nəticəsində 3 terrorçu zərərsizləşdirilib. Ərazidə atışma səsləri davam edir.

Kabul administrasiyası faktı təsdiqləyib. Bildirilir ki, bir qrup naməlum silahlı Marşal Fahim adına universitetə hücum ediblər. Təhlükəsizlik qüvvələri təhsil ocağına gedən yolu bağlayıblar.

Bir terrorçu saxlanılıb. Hazırda 5 terrorçu müqavimət göstərməyə davam edir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR