Məşhur mağazaların böyük fırıldağı – Alıcılar belə aldadılır

31-03-2018, 13:57 608 dəfə baxılıb

Məşhur mağazaların böyük fırıldağı – Alıcılar belə aldadılır














Alıcılarını aldadan “Kontakt Home”

Müxtəlif illərdə məişət əşyalarının keyfiyyəti və ya məişət əşyaları satan şirkətlərin “ilkin ödənişsiz və faizsiz kreditlə al” başlıqlı saxta şüarlarından cana yığılıb etiraz edən çoxlu sayda alıcı şikayətləri mövcuddur.

Bu şikayətlərdən ən çoxu “Kontakt Home” mağazalar şəbəkəsinə qarşı yönəlib.

Belə ki, alıcılar bu şirkətin istər müştəri xidmətindən, istərsə də məhsulların keyfiyyətindən şikayətlənirlər. Ən çox şikayət isə zəmanətlə alınan telefonun servis xidmətində həddən artıq saxlanması, təmir etməmək üçün get-gələ salınmasıdır.

Məsələn, şirkət təmirdən qənaət etmək üçün alıcını azı 2-3 dəfə servisə gedib-gəlməyə məcbur edir. Bu zaman istifadəçi bezir və telefonu başqa ustaya aparır. Belə olanda istifadəçi həm əlavə xərcə düşmüş, həm də zəmanətdən imtina etmiş olur.

Çünki servisdən kənarda təmir edilən telefonu, məişət əşyasını rəsmi seviş qəbul etmir. Avtomatik pulsuz təmir xidməti ləğv edilir. Növbəti qalmaqallı məqam isə kreditlə alınan məhsulların üzərinə yüksək komissiya haqqının əlavə olunmasıdır.

Dia.az xəbər verir ki, bununla bağlı minval.info-ya danışan hüquqşünas Səbuhi Axundov deyib ki, komissiya haqqının kredit faizinin üzərinə əlavə olunması qanunsuz bir haldır: “O, tərəflər arasında müqavilə bağlanan kimi xidmət haqqına əlavə olunmalıdır. Bunun miqdarı isə sadəcə 1 faiz, ən çox isə 3 faizə qədər ola bilər. Bu müqavilələr məcburi şəkildə həyata keçirilmir və təkcə bir tərəfin marağına da tabe olmamalıdır. Vətəndaş istədiyi zaman müqavilənin istədiyi maddəsini dəyişdirə bilər. Əgər vətəndaşın komissiya haqqının miqdarından xəbəri yoxdursa, bu halda qanunsuzdur”.

Məşhur mağazaların böyük fırıldağı – Alıcılar belə aldadılır






Eyni zamanda bu mağazalar şəbəkəsi ilə bağlı belə bir şikayət də olub ki, vətəndaş “Mitsubishi”markalı kondisioner alıb və aldığı ilk gündən istifadəyə yarsız olduğu ortaya çıxıb. Bununla bağlı mağazaya etdiyi şikayətinə isə cavab verən tapılmayıb. Hüquqşünas Səbuhi Axundov buna da münasibət bildirərək, “Qanunda birbaşa göstərilir ki, yeyinti məhsullarından başqa digər məhsulların keyfiyyətində problem olduğu təqdirdə 14 gün ərzində yararsız məhsulu qaytara və ya dəyişdirə bilər.

Ümumiyyətlə, heç yararsız olmasa belə vətəndaş bəlkə fikrindən dönüb məhsulu qaytarmaq istəsə, bu da mümkündür. Əgər şirkət məhsulu geri götürməsə, vətəndaş İqtisadiyyat Nazirliyinin tabeliyində olan Antihisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə və onların gəldiyi rəydən sonra məhkəməyə müraciət oluna bilər.

Məhkəməyə müraciət olunduğu təqdirdə vətəndaş həm ona dəymiş zərərin ödənilməsini, həm də qanunun 12-ci maddəsinə əsasən mənəvi zərərin də ödənilməsini tələb edə bilər”.

“Kontakt Home” mağazalar şəbəkəsində isə məhsulların üzərinə gələn komissiya haqqı yeni gələn alıcılar üçün 8 faiz, daimi alıcılar üçünsə, 5 faiz nəzərdə tutulub. “İrşad Telecom”da isə bu 10 faizdir. Bu da hər iki məşhur mağazanın qanunsuz əməlini sübut edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR