Fərhad Səmədov Putinin yanında səlahiyyətli nümayəndə təyin olundu

15-07-2018, 14:45 413 dəfə baxılıb

Fərhad Səmədov Putinin yanında səlahiyyətli nümayəndə təyin olundu


Başqırdıstan respublikasının başçısı Rüstəm Hamitov yerli hökumətin vitse-premyeri Fərhad Səmədovu Kremldə səlahiyyətli nümayəndə təyin edib. Virtualaz.org xəbər verir ki, Rüstəm Hamitovun sərəncamına əsasən azərbaycanlı Fərhad Səmədov Başqırdıstan respublikasının Rusiya Federasiyası prezidenti yanında səlahiyyətli nümayəndəsi təyin edilir. Bu haqda Başqırdıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Fərhad Səmədov Gürcüstanda anadan olub, 59 yaşı var. V.V.Kuybışev adına Moskva mühəndis-inşaat institutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycanda başlayıb, tikinti trestlərində mühəndis işləyib. 2000-ci illərin əvvəllərində Başqırdıstana köçüb. “Kaustik” QSC, “Soda” ASC, “Başneft” və “Birləşmiş neft-kimya şirkəti” ASC şirkətlərində top-menecer işləyib. 2017-ci ilin yanvarında Başqırdıstan hökumətində vitse-premyer təyin olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR