14 yaşlı qızla cinsi əlaqəyə girən azərbaycanlını 25 il həbs gözləyir

27-08-2015, 15:27 956 dəfə baxılıb

14 yaşlı qızla cinsi əlaqəyə girən azərbaycanlını 25 il həbs gözləyir

















Qızın ailə üzvləri polisə müraciət ediblər

Türkiyədə 14 yaşlı qıza təcavüz etməkdə ittiham olunan azərbaycanlı 25 il azadlıqdan məhrum edilə bilər.

azinfo.tv Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ona “Uşağa cinsi istismar” ittihamı ilə hökm oxuna bilər.

Qeyd edək ki, 26 yaşlı azərbaycanlı Əhməd Quliyev Adanada yaşayan 14 yaşındakı 8-ci sinif şagirdi ilə 1 il əvvəl internetdə tanış olub. Əvvəlcə dost kimi başlayan yazışmalar sonradan sevgi münasibətinə çevrilib.

Əhməd Adanaya gələrək qızla görüşüb. O, yeniyetmə ilə ailə qurmaq istəsə də, qızın anası Sevil D. övladının yaşı az olduğu üçün buna etiraz edib. Ailənin narazılığına baxmayaraq cütlük münasibətlərini davam etdirib.

Onlar iyul ayının 27-də növbəti dəfə görüşüblər. Qız evdən Didem rayonunda yaşayan xalasının yanına getmə bəhanəsi ilə çıxa bilib.

Görüş zamanı iddiaya görə, qız azərbaycanlı gəncə əgər cinsi münasibətləri olarsa ailəsinin onların evlənməyinə icazə verəcəyini deyib. Təklifi qəbul edən Əhməd. G bölgədəki otellərdən birində 14 yaşlı qızla bir neçə dəfə intim münasibətdə olub.

N.S.D başına gələnləri xalasına, o isə bacısına danışıb. Qızın anası Sevil D. qızının dərhal geri dönməsini tələb edib. 14 yaşlı qız sevgilisi ilə birlikdə yenidən Adanaya qayıdıb. Bundan sonra qızın ailə üzvləri polisə müraciət ediblər.

Adana polisi tərəfindən keçirilən əməliyyat zamanı Əhməd G. qaldığı oteldə saxlanılıb. O, orta məktəb şagirdinin özünü ona 18 yaşlı qız kimi tanıtdığını, zorlama olmadığını, evlənmək niyyətində olduğunu deyib.

N.S.D. də azərbaycanlı gənci sevdiyini və ailə qurmaq üçün birlikdə olduqlarını deyib.

Lakin həddi buluğa çatmayan qızla intim münasibətdə oluğu üçün Əhməd G.-yə qarşı cinayət işi açılıb. “Uşağa cinsi istismar” ittihamı ilə həbs edilərək həbsxanaya göndərilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR