İisrail hədə gəlir, İran dirəşir, Rusiya isə çarəsiz hala düşüb

28-07-2018, 22:46 478 dəfə baxılıb

İisrail hədə gəlir, İran dirəşir, Rusiya isə çarəsiz hala düşüb


Son günlərdə KİV-lərdə məlumat görünməyə, sonra isə təkzib olunmağa başlayıb ki, ABŞ İranın nüvə obyektlərinə, özü də artıq avqustda zərbə endirməyə hazırlaşır. Bu, həqiqətdə hər necə olur-olsun, İran nüvə proqramının, elə bütünlükdə ölkənin də taleyi getdikcə daha az proqnoza yatan olur.

Hər şeyə əsasən, Suriyada ən yaxın vaxtlarda müharibənin şiddətli kəskinləşməsini də gözləmək lazımdır – RF xarici işlər naziri Sergey Lavrov və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun simasında yüksəkçinli Rusiya məmurlarının İsraildəki missiyası uğursuzluğa düçar olub.

Baş verən beynəlxalq hadisələr kontekstindən güman etmək olar ki, Lavrov və Gerasimov qarşısında Rusiya və ABŞ prezidentlərinin Helsinki görüşünün inkişafı kimi İsrail baş naziri Benyamin Netanyahunu İran və İranyönlü qüvvələrin Suriyada olması probleminin tənzimlənməsində güzəştlıi varianta razılaşmağa dilə tutmaq vəzifəsi qoyulmuşdu. Bu zaman, təbii ki, arxasında Suriyadan getməyə heç də hazırlaşmayan İran liderləri ilə çətin danışıqların durduğu Rusiya təklifi bundan ibarət idi ki, İran qüvvələri və ona müttəfiq birləşmələr İsrail-Suriya sərhədindən 100 km kənara aparılsın.

Hətta təsəvvür etmək çətindir ki, iranlıları bu güzəştə inandırmaq Moskvaya nəyə başa gəlib. Amma elə, ya belə, İsrail tərəfinin də razılığı gərək idi. Lakin o, sərt imtinayla cavab verib. Sözlərini “Reuters”in sitat gətirdiyi Netanyahu bildirib: “Biz yol vermərik ki, iranlılar sərhədin 100 km-liyində əsaslansın”.

Rusiya-İsrail epopeyasının bu cür bitməsi (xatırladaq ki, Netyanyahu son iki ayda Moskvaya iki dəfə baş çəkib, bu problem haqda Vladimir Putinlə danışıqlar aparıb, bundan savayı, Rusiya və İsrailin müdafiə nazirləri Sergey Şoyqu və Avigdor Liberman keçən həftə telefen danışıqları aparıblar) Suriyada İsrail və ola bilsin, Amerika aviasiyasının İran və İranyönlü qüvvələrə, habelə onlara müttəfiq prezident Bəşər Əsəd ordusuna yeni, daha cəmləşmiş zərbəsi təhlükəsi qarşısındadır. Yəni Rusiyanın Suriyadakı bütün müttəfiqlərinə.

Rusiya diplomatiyasının bu uğursuzluğu onun başqa yönlərdə də girdiyi dalanı növbəti dəfə sərgiləyir. “Rosbalt”ın artıq qeyd etdiyi kimi, iranlılar və satellitlərinin bu ölkədən çıxarılması kimi Suriya üzrə güzəşt (ya da Moskvada ümid bəslədikləri kimi, onların İsrail sərhədindən çəkilməsi) Rusiya üçün daha mühüm digər məsələlərdə Kremlin Ağ Evlə sövdələşməsində yeganə mümkün kozır idi. Məsələn, Ukrayna məsələsi, Şərqi Avropada amerikalıların bu və ya başqa güzəştləri və əlbəttə ki, ABŞ-ın sanksiya siyasətinin yumşaldılması üzrə.

Amma bazarlıq baş tutmadı. Bir tərəfdən, Netanyahunun dəmir-beton mövqeyi ilə (orada hansısa hətta lap 100 km-ə çəkilmək deyil, iranlıların və törəmələrinin Suriyadan tam çıxarılması) və xeyli dərəcədə Trampın mövqeyi ilə İran kartı vurulub. O biri yandan, bu güzəşt Suriyadan tam çıxmağın müzakirə ediləcək variant olmadığı Tehran üçün qətiyyən məqbul deyildi.

Bu durumda doğan təbii sual: indi nə olacaq? “Rosbalt” icmalçısının sorğuladığı ekspertlər bunu cavablayaraq bu fikrə gəliblər ki, yaranan durum təkcə Suriyada deyil, həm də çevrəsindəki vəziyyəti sərt kəskinləşdirir.

Rusiya EA Avropa İnstitutunun baş elmi əməkdaşı, Yaxın Şərq və ABŞ üzrə mütəxəssis Aleksandr Şumilin hesab edir: “Bütün tərəflər bundan sonra müəyyən anadək, hansısa böyük anlaşma əldə edilənə, ya da hansısa ciddi sarsıntılara qədər öz mövqelərində duracaqlar”.

Ekspert qeydə alır – indi “aşkarca uzlaşmış Rusiya-İran mövqeyi İsrail tərəfindən rədd olunur”. O, qeyd edir – və əvvəllər söhbət Suriya ərazisində İsraillə sərhəd boyunca İran birləşmələrindən azad 50 km-dən gedirdisə, indi artıq 100 km-dən gedir. Ekspert deyir ki, amma İsrailə “İran qüvvələrinin Suriyadan tam çıxarılması gərəkdir. Bu onun üçün maksimum vəzifədir”.

Şumilin əmindir: “Eyni zamanda İranın Suriyadan tam gedişi Əsəd rejiminin süqutunu bildirir”.

O, hesab edir ki, Rusiya-Amerika anlaşmalarında “Suriyanın Ukraynaya tamdəyərli mübadiləsi” haqda söhbət gedə bilməzdi. O düşünür: “Söhbət qarşılıqlı anlaşmanın yoluna qoyulması və deyək ki, Suriya üzrə Rusiya tərəfindən ciddi tərpənişlər əvəvzində Qərb tərəfdən Ukraynaya münasibətdə hansısa xırda irəliləyişlərdən gedir”.

Şumilin davam edir – eyni zamanda “İran (Suriyadan çıxmaq haqda məsələdə) dirəşsə, Suriya kartının dəyəri heç nədir. Başqa üsullarla hərəkət etmək və başqa ssenariləri işə qoşmaq lazım gələcək”.

Ekspert əmindir ki, Suriyada tezliklə İsrail aviasiyasının İran və İranyönlü birləşmələrə zərbəsinin şahidi ola bilərik. O, xatircəmdir ki, bununla belə, həmin planda bu mərhələdə Suriya münaqişəsinə qatılmış bütün tərəflərin – İsrail, ABŞ, Rusiya və qismən Avropanın müəyyən sazişi və qarşılıqlı anlaşması əldə olunub. O, hesab edir – saziş bundan ibarətdir ki, “danışıqlarda ciddi irəliləyiş olmasa, onda İsrailin Suriyada İran, İranyönlü qüvvələrə və Əsədin obyektlərinə zərbələri qızğın etirazlarla qarşılanmamalıdır”.

Rusiya EA Şərqşünaslıq İnstitutunun İran problemləri üzrə eksperti Vladimir Sajin də əmindir ki, “İsrail Suriyada İran və (“Hizbullah” daxil olmaqla) İranyönlü qüvvlərin fəallığına imkan verməz”.

Ekspert eyni zamanda hesab edir ki, “Tehrana ciddi basqı göstərmək üçün Rusiyanın güclü rıçaqı yoxdur, amma İran üçün Suriyanın itirilməsi Yaxın və Orta Şərqdə bütün mövqelərinin itirilməsi deməkdir”.

Ekspert proqnozlaşdırır ki, “İsrail bu durumda xüsusən də iranlılar və müttəfiqlərinin onun sərhədlərinə yaxınlaşdığı halda bu hədəflərin məhv edilməsi üzrə fəal hərəkətləri davam etdirəcək”.

O bu zaman hesab edir ki, iş (yerdə) İsraillə İranın birbaşa toqquşmasına edib çıxmayacaq, “amma onunla İran, habelə İranyönlü birləşmələr arasında toqquşmalar davam edəcək, İsrail HHQ-nin onların Suriyadakı mövqelərinə əvvəllər də müşahidə etdiyimiz zərbələri isə yenidən təzələnəcək”.

Tərcümə Strateq.az-ındır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR