Paşinyan-Köçəryan qarşıdurması: oktyabrda...

24-08-2018, 14:37 498 dəfə baxılıb

Paşinyan-Köçəryan qarşıdurması: oktyabrda...



Oktyabrda Ermənistanda daxili vəziyyət kəskin şəkildə dəyişəcək.

Bu sözləri açıqlamasında fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Ermənistanda gedən siyasi proseslər bu ölkədə daxili vəziyyətin birmənalı olmadığından xəbər verir:

"Paşinyanın 1 mart hadisələrinin araşdırılması və təqsirkarların həbs edilməsi ilə bağlı yürütdüyü siyasət Qarabağ klanını əməlli-başlı hərəkətə keçirib. Son həbslər fonunda ölkədə ziddiyyətlər daha da kəskinləşib. Bu isə erkən parlament seçkiləri öncəsi Ermənistanda vəziyyətin qarışacağına dəlalət edir. Vaxtilə böyük maliyyə vəsaiti əldə etmiş Qarabağ klanı iqtisadi alətlərini əldən vermək istəmir. Əlbəttə ki, belə vəziyyətdə toqquşma labüddür".

Ekspert hesab edir ki, Köçəryanın siyasi partiya yaradacağını bəyan etməsi vəziyyəti bir qədər də qəlizləşdirəcək:

"Paşinyan da Sərkisyan kimi hakimiyyətə gəlmək üçün konstitusiya dəyişikliyi istəyir. Bunun üçün isə Paşinyan referendum keçirməli, yenidən küçəyə müraciət etməlidir. Lakin Konstitusiya dəyişikliyinin necə və hansı yolla həyata keçiriləcəyi məlum deyil. Bu mənada oktyabrda Ermənistanda daxili vəziyyət kəskin şəkildə dəyişəcək. Bütün hallarda Paşinyanın şansı olduqca az görünür. Çünki Qarabağ klanının İrəvanda və Moskvada güclü dəstəyi var. Paşinyanın belə çətin durumda Qarabağ klanı ilə baş çıxartması ehtimalı isə çox azdır".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR