S-400 danışıqları: Sanksiyalar Rusiya-Hindistan münasibətlərini sarsıdacaqmı?

31-08-2018, 09:49 434 dəfə baxılıb

S-400 danışıqları: Sanksiyalar Rusiya-Hindistan münasibətlərini sarsıdacaqmı?


Hindistan Müdafiə Nazirliyinin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması ABŞ-Hindistan münasibətlərinə ciddi təsir göstərəcək.

Bu barədə rəsmi məlumatı Ağ Ev administrasiyası bildirib.

Qeyd olunub ki, ümumi dəyəri 4 milyard dollar olan S-400 layihəsi qəbul ediləcəyi təqdirdə Vaşinqton geniş miqyaslı sanksiyalar paketi tətbiq edəcək.

“Biz tarixi Hindistan-Rusiya əlaqələrini başa düşürük. Biz Hindistanla müzakirələr aparmağı və bu müqavilənin qəbul edilməməsinə çalışırıq. Hindistan daha hava hücumundan müdafiə sistemlərini təchizatını təkmilləşdirmək istəyirsə, ABŞ bu baxımdan Hindistana dəstək göstərməyə hazırdır. Əgər Dehli bu qərarından dönməsə ciddi sanksiyaların tətbiq edilməsi qaçınılmazdır”, - deyə bəyanatda bildirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR