Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtı məlum oldu –Paşinyan açıqladı
Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin mayında, yaxud iyunun əvvəlində keçirilməlidir”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.
“Ermənistanda növbədənkənar parlament seçkiləri uzağı mayda, yaxud iyunun birinci on günlüyündə keçirilməlidir” – Nikol Paşinyan Facebookda canlı yayımda deyib.
O qeyd edib ki, Ermənistan Konstitusiyasında baş nazir istefa vermədən parlamentin buraxlmasının mümkünlüyünə dair dəyişikliklər üzərində hazırlıq işlər görülür.