Üç rusiyalı jurnalist Gürcüstana buraxılmadı –Hökumət onların girişinə qadağa qoyub

5-09-2018, 00:01 324 dəfə baxılıb

Üç rusiyalı jurnalist Gürcüstana buraxılmadı –Hökumət onların girişinə qadağa qoyub


“KİV-in regionda etimadın möhkəmləndirilməsində rolu” Cənubi Qafqaz beynəlxalq mediaforumunda iştirak etmək üçün Gürcüstana gəlmək istəyən üç rusiyalı jurnalist bu ölkəyə buraxılmayıb.

“Sputnik Gürcüstan”-nın yaydığı məlumata görə, həmin şəxslər NTV telekanalının jurnalisti Aleksandr Tokaryev, TASS agentliyinin hərbi müxbiri Viktor Litovkin və Rusiya cəmiyyətinin tədqiqatçıları beynəlxalq assosiasiyasının prezidenti Qennadiy Bordyuqov olub.

Forum təşkilatçıları bildiriblər ki, Tbilisi aeroportunda sərhədçilər rusiyalılara onların Gürcüstana girişinin qadağan edildiyini deyib.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, rusiyalılar “işğal olunmuş ərazilər haqqında” qanunu pozduğu üçün ölkəyə buraxılmayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR