"Brexit üzrə ikinci referendum olmayacaq"

21-09-2018, 12:24 380 dəfə baxılıb

"Brexit üzrə ikinci referendum olmayacaq"



Britaniyalılar Avropa İttifaqından çıxmağa səs verməklə öz seçimlərini ediblər, ikinci səsvermə olmayacaq.

Böyük Britaniyanın Baş naziri Tereza Mey bu fikirləri Avropa İttifaqının Zalsburqda keçirilmiş qeyri-formal sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Baş nazir Böyük Britaniyanın hakimiyyət orqanlarının mövqeyini bir daha təkrarlayaraq bildirib ki, Brexit üzrə ikinci referendum qeyri-mümkündür.

“Biz 2019-cu ilin martında çıxacağıq (Aİ-dən) və ikinci referendum olmayacaq. İnsanlar öz seçimini edib, Baş nazir olaraq mənim vəzifəm, hökumətin və parlamentin vəzifəsi bu seçimi təmin etməkdir”, – deyə Tereza Mey Avropa Komissiyasının saytında yayımlanan çıxışında qeyd edib.

Britaniya və Avropa İttifaqı tərəflərin maraqlarına əməl olunmaqla oktyabrın sonunadək Brexit-in reallaşdırılmasına imkan verəcək üç əsas məsələni həll etməlidir: Avropa İttifaqından çıxma haqqında sazişin razılaşdırılmasını başa çatdırmaq, İrlandiya sərhədləri ilə bağlı problemi həll etmək və gələcək qarşılıqlı əlaqələrin formatını hazırlamaq.

Böyük Britaniya Avropa İttifaqını 2019-cu il martın 29-da tərk edəcək. Brexit-in şərtləri haqqında danışıqlar ötən ilin yayından bəri davam edir və hələlik ciddi irəliləyiş əldə olunmayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR