Amerikanın İran və Şimali Koreya üçün “Liviya ssenarisi”:Vaşinqton qarşısında tam təslimi, yoxsa dirənişi seçməli? – Təhlil

5-10-2018, 12:01 343 dəfə baxılıb

Amerikanın İran və Şimali Koreya üçün “Liviya ssenarisi”:Vaşinqton qarşısında tam təslimi, yoxsa dirənişi seçməli? – Təhlil

Vəli Nəsr

The Atlantic (ABŞ),



ABŞ prezidenti Donald Tramp keçən həftə BMT-də bildirib ki, administrasiyası KXDR ilə mübarizədə irəliləyişə nail olub və həmin qoçaqlığı İrana münasibətdə də təkrarlamağa söz verib. Tramp jurnalistlərə bəyanlayıb: “Dünya liderlərinin İran haqda nə düşündükləri önəmli deyil. İran yanıma gələcək və gərəkli sazişi imzalayacaq”.

Yəqin, Ağ Ev başçısı hesab edir ki, maksimal basqı strategiyası – iqtisadi sanksiyalar, diplomatik təcrid və hətta müharibə hədəsi – KXDR və İranla tarixi sazişlərin imzalanmasına gətirəcək. Şimali Koreya ətrafındakı durumun Trampa tənzimlənməyə ümid bəsləməyə əsas verdiyinə baxmayaraq, fərq etməz, maksimal basqı strategiyası uğura gətirməyəcək.

Getdikcə daha da aydın olur ki, Trampın maksimal basqı kampaniyası vasitəsilə nail olmağa ümid bəslədiyi hədəflər onun milli təhlükəsizlik üzrə komandasının görüşü ilə uzlaşmır. Trampın məqsədi KXDR və İranı danışıqlar masası arxasına əyləşdirməkdən ibarətdir. Görünür, onun milli təhlükəsizlik üzrə komandasının üzvləri KXDR və İranın yalnız təslim olmasına razılaşacaqlar. Phenyanda və Tehranda bunu çox gözəl anlayırlar.

Doğrudan da, KXDR xarici işlər naziri Li Yon Ho ötən həftə BMT-də bildirib ki, ABŞ əsaslı güzəştlərə getməsə, Şimali Koreya nüvəsizləşmə (nüvə və raket proqramlarından imtina və danışıqsız təslim) yönündə addımlar atmayacaq.

Başqa sözlə, ola bilsin, maksimal basqı kampaniyası Şimali Koreya lideri Kim Çen Inı danışıqlara başlamağa əmin edib, amma, bax, təkcə bu basqı Trampın bu qədər həsrətində olduğu sazişin imzalanmasına səbəb olmayacaq. ABŞ prezidentinin KXDR-lə saziş səylərinə baxmayaraq, görünür, administrasiyası KXDR üçün ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun bu yaxınlarda 2003-cü il sazişinə işarə edərək göstərdiyi “Liviya ssenarisi” hazırlayır.

Ola bilsin, Şimali Koreya və İran Tramla danışıqlara da hazırdır, amma təslim olmağa hazır deyi. Prezidentin komandası Phenyan və Tehranı təslim olmağa təhrik etmək üçün maksimal basqı strategiyasından istifadəni davam etdirsə, onda zaman keçdikcə İran və KXDR tərəfdən dirəniş ancaq çoxalacaq. Bu bildirir ki, maksimal basqı kampaniyasının effekti tədricən azalacaq.

KXDR Birləşmiş Ştatların KXDR və Cənubi Koreya arasında sülh müqaviləsini dəstəkləməkdən tutmuş iqtisadi sanksiyaların ləğvində qurtarmaq çərçivəsində mərhələli diplomatik prosesə hazırdır. Amerikanın milli təhlükəsizlik üzrə komandası bunun əvəzində heç nə təklif etmədən Phenyandan danışıqsız nüvəsizləşmə tələb edir. Görünür, Vaşinqton İrana münasibətdə də oxşar yanaşmadan istifadə niyyətindədir.

Phenyan və Tehran bu kimi gerçəkliklə üzləşərək Vaşinqtonun basqı strategiyasını yalnız dirənişlə cavablandıracaq. Kim Çen In Trampla sammitə qatılıb, amma bu hələ ondan xəbər vermir ki, o öz nüvə proqramından boyun qaçıracaq. KXDR ətrafındakı duruma baxmayaraq, İran hətta danışıqlar prosesinin başlanmasında məna da görmür. Həm də Trampla danışıqların başlanması Tehranın 2015-də imzaladığı, Trampın 2018-in mayında çıxdığı nüvə sazişini bütünlüklə quylayardı. Ehtimal ki, Tramp İranın onunn nümunəsini izləyəcəyini gözləyirdi, Vaşinqton bundan sonra Tehranla yeni saziş bağlaya bilərdi. Vaşinqton indiki anda İrana iqtisadi basqını çoxaldır və İranla işgüzar əlaqələr saxlayan ölkələrə sanksiyalar hədəsi gəlir.

İran mövcud saziş çərçivəsində heç bir iqtisadi qazanc əldə etmir və hətta güman etmirəm ki, Trampla danışıqlara başlarsa, hansısa qazancı əldə edər. İran nüvə sazişindən imtina etsəydi, hətta nüvə sazişində nəzərdə tutulmuş məhdud həcmli nüvə proqramının gerçəkləşməsinə nail olmaq hüququndan da imtina edərdi. Ehtimal ki, İran prezidenti Həsən Ruhani məhz buna görə ötən həftə deyib ki, İran Trampla hər hansı danışıqlara başlamamışdan qabaq başlanğıc üçün ABŞ yenidən nüvə sazişinə qoşulmalıdır. Yəqin ki, İranın hesablaması bundan ibarətdir ki, ABŞ nüvə sazişinə yenidən qoşulacağı halda “Liviya ssenarisi”ni nəzərdən keçirməkdən imtina etməli olacaq.

Əlbəttə, maksimal basqının nəticələrini təkcə KXDR və İran öz üzərində hiss etmir. Bu strategiya, çox ehtimal ki, Trampın bu siyasətinə dirənişi davam etdirəcək beynəlxalq birliyə müəyyən itki gətirir ki, bu da son nəticədə basqının bütün strategiyasının iflasına səbəb ola bilər. Doğrudan da, İrana təzyiq üçün beynəlxalq birliyin dəstəyini qazanmağa səy edən Trampın çıxışına BMT Baş Assambleyasının reaksiyası göstərir ki, Amerikanın maksimal basqı strategiyasının geniş dəstəyə bel bağlamasına dəyməz.

Çin və Cənubi Koreya KXDR-ə münasibətdə maksimal basqı strategiyasını əvvəlcə dəstəkləyib, amma bu dəstək Sinqapurdakı ABŞ-KXDR sammitindən sonra zəifləməyə başladı. Eyni zamanda ABŞ-ın basqısı AB, Çin və Rusiyanı Amerika sanksiyalarından yan keçmək yollarını müzakirəyə vadar edib. Bu ondan xəbər verir ki, Vaşinqtonun maksimal basqıdan mənasız şəkildə istifadəsi, çox ehtimal ki, Birləşmiş Ştatların daha maksimal basqı göstərə bilməyəcəyi şəraitin yaranmasına gətirəcək.

Tərcümə Strateq.az-ındır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR