ABŞ Orta Asiyaya girir: Putin bu addımda gecikdi... - TƏHLİL

25-10-2018, 10:48 367 dəfə baxılıb

ABŞ Orta Asiyaya girir: Putin bu addımda gecikdi... - TƏHLİL


ABŞ son zamanlar Mərkəzi Asiyaya xüsusi diqqət yetirir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rusiya ABŞ-ın postsovet məkanına nüfuz etməsindən olduqca narahatdır:

“Moskva yaxşı başa düşür ki, ABŞ Rusiyanın sərhədlərində yerləşən bütün dövlətləri təsir dairəsinə alır. Əvvəlcə Qazaxıstan, daha sonra isə Özbəkistanın prezidenti ABŞ-a səfər edərək orada xeyli müqavilə imzaladı. Hətta Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ABŞ-ın Aktau şəhəri ətrafında hərbi baza yaratmasına dair niyyət protokoluna imza atdı. Bundan narahat olan Putin postsovet məkanındakı ölkələrin ABŞ-a meyillənməsindən ehtiyat edir. Əslində, ABŞ tədricən Rusiyanı mühasirəyə almaq istəyir və bu fonda da son zamanlar Mərkəzi Asiyaya xüsusi diqqət yetirir. Hətta ABŞ Çinlə Rusiya arasında bir maneə kimi çıxış etməklə Pekin-Moskva əlaqələrini yox etməyə çalışır. Məhz bu səbəbdən də Putin Özbəkistanda Mirziyayevi şirnikləndirən çoxlu sənəd imzalamaqla qalmadı, hətta mahir bir gedişə əl ataraq, Almatıda Mirziyayev və Nazarbayevlə üçtərəfli görüş də keçirdi. Ancaq bu, Özbəkistan və Qazaxıstanın ABŞ-la imzaladığı sənədləri gücdən salmır”.

Politoloq Rusiyanın köhnə postsovet məkanındakı ölkələri öz təsir dairəsinə qaytarmağa çalışdığını vurğulayıb:

“Moskva hazırda ən azından həmin dövlətlərin ABŞ-a doğru meyillənməsinin qarşısını üçün böyük qüvvə sərf edir. Əslində, bütün bunların hamısı obyektiv proseslərdir. Zənnimcə, güc, texnologiya, elmi-texniki tərəqqi hansı tərəfdə olacaqsa və dövlətlərin maraqlarına hansı siyasi oriyentasiya cavab verəcəksə, həmin ölkələr də ən sonda o istiqamətə doğru gedəcəklər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR