ŞOK: İŞİD-in Şimali Qafqaz “vilayət”i yaradıldı

28-06-2015, 14:50 1015 dəfə baxılıb

ŞOK: İŞİD-in Şimali Qafqaz “vilayət”i yaradıldı













“İslam dövləti” (İŞİD) terror qruplaşması Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar federal subyektlərinin ərazilərində Şimali Qafqaz vilayətinin yaradıldığını elan edib. “Gazeta.ru” saytı xəbər veriri ki, bu barədə terror qruplaşmasının ikinci şəxsi, özünü İŞİD-in lideri Əbubəkr Əl-Bağdadinin mətbuat katibi elan edən Əbu Məhəmməd əl-Adnani bildirib.
Qeyd edək ki, Şimali Qafqaz döyüşçüləri tam heyətdə “İslam dövləti” (İŞİD) terror qruplaşması və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər. Bununla bağlı iyunun 21-də “YouTube” portalında videoçarx yerləşdirilib.
Məlumata görə, İŞİD və onun liderinə sədaqət andı içən “Qafqaz Əmirliyi” təşkilatı Şimali Qafqazın bütün regionlarını – Çeçenistan, Dağıstan, İnquşetiya və Kabardin-Balkar federal subyektlərini əhatə edir. Videoçarxda göstərilir ki, “Qafqaz Əmirliyi”nin bütün döyüşçülər bu qərarda vahid fikrə malikdirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR