Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və qəza hadisələri - FAKTLAR

30-11-2018, 23:47 380 dəfə baxılıb

Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və qəza hadisələri - FAKTLAR

Noyabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 6 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 5-i qəza, 1-i intihar nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 28 düşmən hərbçisi (24-ü qəza, 3-ü döyülmə, 1-i güllələnmə) yaralanıb. Bununla yanaşı, ən azı 2 fərarilik, 1 korrupsiya, 1 zorlama faktı da aşklarlanıb.

2 noyabr

İrəvanda hərbi qulluqçunun iştirakı ilə yol qəzası baş verib.

Saat 08:30 radələrində İrəvan şəhər sakinləri 55 yaşlı Serqo Qaribyanın idarə etdiyi "Opel" markalı və 30 yaşlı Karapet Tsarukyanın idarə etdiyi "Peugeot" markalı avtomobillər toqquşub.

"Peugeot" markalı avtomobilin sürücüsü 30 yaşlı, Karapet Tsarukyan Ermənistan ordusunun hərbi qulluqçusudur.

4 noyabr

Ermənistanda polkovnik rütbəli hərbçi idarə etdiyi avtomobillə 53 yaşlı piyadanı vurub.

İrəvanda saat 18: 10 radələrində İrəvan sakini, 47 yaşlı Ara Sarkisyan idarə etdiyi "Infiniti" markalı 01 AՏ 012 nömrəli avtomobillə Sebastiyan küçəsinin 96/1 saylı ünvanı qarşısında piyada, İrəvan sakini 53 yaşlı Varsik Yesayanı vurub.

Bir saatdan sonra tibb mərkəzindən verilən məlumata görə, piyada Varsik Yesayanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sürücü, polkovnik A. Sarkisyan Ermənistan Müdafiə Nazirliyinin rabitə idarəsində rəis müavinidir.

5 noyabr

Ermənistan ordusunun əlahiddə rabitə alayında xidmət edən baş operator, yefreytor Armen Xaçatryanla xidmət yoldaşı sürücü-elektrik, sıravi Rafael Gonyan arasında mübahisə baş verib.

Nəticədə yefreytor A. Xaçatryan tərəfindən yaxşıca əzişdirilən sıravi R.Gonyan ağır bədən xəsarətləri ilə tibb məntəqəsinə yerləşdirilib.

Hərbi qulluqçular arasında münaqişəyə səbəb R.Gonyana məxsus pul kartının yefreytor A. Xaçatryan tərəfindən zorla alınması olub.

*****

İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində silahla davranış qaydalarının pozulması nəticəsində daha bir cinayət hadisəsi törədilib.

Xüsusi təyinatlı hərbi hissənin 4-cü dəstəsi rəisinin döyüş hazırlığı üzrə müavini mayor Norayr Boduryan Nubaraşen atış mərkəzində keçirilən döyüş atışları məşğələsinə rəhbərlik etdiyi zaman xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşıb. Onun laqeyidliyi nəticəsində kəşfiyyatçı-snayper, müqaviləli hərbi qulluqçu sıravi Olinka Mnatsakanyana təhkim edilmiş silahda güllə qaldığını görməyib.

Sonradan O.Mnatsakanyan həmin silahdan atəş açmaqla cinayət törədib.

6 noyabr

Saat 08:25 radələrində Qarabağda qanunsuz dislokasiya olunan hərbi hissələrindən birinin nəzarət buraxılış məntəqəsindən 70 m uzaqlıqda yerləşən dəmir körpünün yaxılığında 2000-ci il təvəllüdlü erməni əsgəri Aristakes Eduardoviç Azadyan, ona təhkim edilmiş AK-74 tipli silahdan, özü-özünə alt çənə hissəsindən atəş açmaqla, aldığı odlu silah yarasından ölüb.

Ölən erməni əsgəri Ermənistanın Kotayk vilayətinin Proşyan kənd sakini olub. Kənd icra nümayəndəsi Artur Muradyan bildirib ki, ölən hərbi qulluqçu 4 ay bundan əvvəl hərbi xidmətə çağırılıb.

7 noyabr

Saat 12:00 radələrində Ermənistan Müdafiə Nazirliyinə məxsus "Kamaz" markalı avtomobil Gorusdan Qubadlı istiqamətinə hərəkət edərkən (yolun 39-cu km-də) qəzaya düşüb.

Hərbi qulluqçulardan 2-si hadisə yerində ölüb, 1 hərbi qulluqçu təxliyyə edilərkən, 1 hərbi qulluqçu isə hospitalda ölüb.

Qəza nəticəsində ölənlər:

- Hayrapet Volodyaoviç Nairyan 1998-ci il təvəllüdlü, 2017/1 çağırış, Erebuni hərbi komissarlığı;
- Hrant Araoviç Qasparyan 1998-ci il təvəllüdlü, 2017/1 çağırış, Şahumyan hərbi komissarlığı;
- Edqar Armenoviç Hunanyan 1998-ci il təvəllüdlü, 2017/1 çağırış, Hrazdan hərbi komissarlığı;
- Davit Beniaminoviç Melkonyan 1998-ci il təvəllüdlü, 2017/1 çağırış, Talin hərbi komissarlığı.

Zəngəzur qarnizon hospitalına təxliyyə edilənlər:

- Kapitan Qevork Muradyan
- Kiçik çavuş Karen Antonyan
- Kiçik çavuş Sasun Hovhanisyan
- Kiçik çavuş Hovhanes Hovhanisyan
- Kiçik çavuş Sergey Mehrabyan
- Kiçik çavuş Artur Sarkisyan
- Kiçik çavuş Anatoli Rustomyan
- Kiçik çavuş Samvel Avetisyan
- Əsgər Aram Daveyan
- Əsgər Mamikon Abqaryan
- Əsgər Qeğam Yakubov
- Əsgər Alik Manuçaryan
- Əsgər Mels Hraçyan
- Əsgər Vaçaqan Manuçaryan
- Əsgər Arman Movsisyan
- Əsgər Arsen Torosyan
- Əsgər Karen Minasyan
- Əsgər Taron Manukyan
- Əsgər Arakel Xaçatryan
- Əsgər Samvel Avaqyan
- Əsgər Karen Xaçatryan
- Əsgər Şmavon Melkonyan

10 noyabr

Səhər 08:50 radələrində Armavir vilayətində, Eçmiədzin-Aştarak yolunun Şahumyan kənd inzibati ərazisində ВАЗ 21144 və "Opel" markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində ВАЗ 21144 markalı avtomobil çevrilib, "Opel" markalı avtomobil isə yolun hərəkət hissəsindən çıxaraq beton dirəyə çırpılıb.

Qəzada xəsarət alan "Opel" markalı avtomobilin sürücüsü xəstəxanaya təxliyyə edilib.

Məlumata görə, ВАЗ 21144 markalı avtomobilin sürücüsü Vahe Hakobyan erməni ordusunun N saylı hərbi hissəsində komandir kimi xidmət edir.

19 noyabr

Ermənistanın Qeğarkunik vilayətində baş verən yol qəzasında daha bir hərbi qulluqçu ölüb.

Saat 03:40 radələrində Qeğarkunik vilayətinin Çəmbərək-Draxtik-Tsovaqyuğ yolunda Artaşat şəhər sakini 21 yaşlı Qurqen Zakaryanın idarə etdiyi "Opel Astra" markalı avtomobil yol kənarındakı maneələrə çırpıldıqdan sonra idarəetməni itirib və dərəyə aşıb.

Qəza nəticəsində sürücü Q. Zakaryan, 27 yaşlı Davit Kirakosyan, 15 yaşlı Robert Tonoyan, 16 yaşlı Melsik Nadaryan müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 23 yaşlı Arsen Karapaetyan isə hadisə yerində ölüb.

Məlumata görə, sürücü Q. Zakaryan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi xidmət qulluqçusudur.

20 noyabr

Saat 20:30 radələrində Artik-Gümrü yolunda, Ermənistanın Şirak vilayətinin Axuryan kənd sakini, 29 yaşlı Yura Apinyanın idarə etdiyi "Toyota" və Şirak vilayətinin Saralanc kənd sakini, 35 yaşlı Perc Papoyanın idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub.

"Opel" markalı avtomobilin sürücüsü P.Papoyan, onun sərnişini İrəvan sakini 44 yaşlı A.Papoyan və "Toyota" markalı avtomobilin sürücüsü Yura Apinyan müxtəlif bədən xəsarətləri ilə Artik xəstəxanasına təxliyyə ediliblər.

Məlumata görə, "Toyota" markalı avtomobilin sürücüsü 29 yaşlı Yura Apinyan Ermənistan Müdafiə Nazirliyinin mayor rütbəli hərbi qulluqçusudur.

23 noyabr

İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində növbəti qanunsuzluq qeydə alınıb.

Hərbi hissədən yanacaq oğurlayaraq satan erməni zabit barəsində cinayayət işi açılıb.

Məlumatda deyilir ki, əlahiddə artileriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini mayor Levon Xaçatryan vəzifəsindən sui istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Mayor L.Xaçatryan tabeçiliyində olan bölükdə qeydiyyatda olan “Ural-375” yük maşının yol vərəqələrində saxtakarlıq edərək 600 litr yanacaq oğurlayıb. Yanacağı 155,700 drama, yəni 321 ABŞ dollarına satarkən saxlanılıb.

Maraqlısı odur ki, zabit bunu şəxsi işi üçün etmədiyini deyir. Erməni zabitin həyat yoldaşı isə, istintaqı aparan müstəntiqin onlardan cinayət işini bağlamaq üçün mayorun oğurladığının 5 qatını (1500 ABŞ dolları) istədiyini deyir.

*****

İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində hərbi xidmət yerini özbaşına tərk etmə halları artmaqda davam edir.

6-cı dağ atıcı alayının Nver Beqleryan adlı zabiti hərbi xidmətdən yayınmaq məqsədilə noyabr ayının ilk günlərində hərbi hissəni tərk edib. Hadisədən xeyli müddət keçməsinə baxmayaraq onu tapmaq və xidmət yerinə qaytarmaq mümkün olmayıb.

Digər məlumatda isə, ailə problelərini həll etmək məqsədilə məzuniyyət istəyən başqa bir hərbi qulluqçuya icazə verilmədiyinə görə onun xidmət yerini özbaşına tərk etdiyi bildirilir.

*****

İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində növbəti “neustavşina” hadisəsi qeydə alınıb.

Hərbi hissənin iki əsgəri arasında baş verən mübahisə sonradan davaya çevrilib.

İşğalçı ordunun 5-ci motaatıcı alayının rabitə taqımının kiçik çavuşu Qarik Arustamyanla, həmin taborun əsgəri, sürücü Karen Nazaretyan arasında baş verən münaqişə nəticəsində ikincisi qəddarcasına döyülərək ağır bədən xəsarətləri ilə hospirala yerləşdirilib.

26 noyabr

İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində hərbi qulluqçuların döyülməsi artıq adi hala çevrilib.

İşğalçı ordunun 5-ci dağ atıcı alayının hərbi qulluqçusu Qarik Markaryan xidmət yoldaşları tərəfindən qəddarcasına döyülüb.

Oğlunu ziyarət etməyə gələn əsgərin atası hadisədən xəbər tutub və dərhal müvafiq qurumlara şikayət edib. Məlumatda o da deyilir ki, döyülən əsgər Q.Markaryanın atası Qarabağ müharibəsi iştirakçısı Vahram Markaryandır.

*****

İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində daha bir biabırçı hadisə qeydə alınıb.

Madagiz ərazisində yerləşdirilən işğalçı ordunun əsgəri Levon Avanesyan, tabor komandirinin texnika üzrə müavini Artuşer Ohanyan tərəfindən mütəmadi olaraq cinsi istismara məruz qalıb.

Tabor komandirinin müavini susmaq əvəzində əsgərə məzuniyyət söz verib. Lakin zabit verdiyi sözə əməl etmədiyinə görə əsgər L.Avanesyan dilə gəlib və bu biabırçı hadisənin üstü açılıb.
0


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR