HAKİMİYYƏT ZİRVƏSİNDƏKİ TƏNHA NİKOL PAŞİNYAN – Serj Sərkisyandan qalan mexanizmin girovuna çevrilib – Təhlil

7-02-2019, 20:37 351 dəfə baxılıb

HAKİMİYYƏT ZİRVƏSİNDƏKİ TƏNHA NİKOL PAŞİNYAN –  Serj Sərkisyandan qalan mexanizmin girovuna çevrilib – Təhlil


Qarnik Gevorqyan

ru.1-in.am (Ermənistan), 06.02.2019



Baş nazir Nikol Paşinyan bu gün Dövlət Gəlirləri üzrə Komitənin (DGK) sədri David Ananyanla görüşüb, bu haqda Facebook-dakı qeyddə məlumat verib. “DGK sədri David Ananyanla işgüzar görüşüm bir az qabaq başa çatıb. DGK sədri vətəndaşların şikayət və təkliflərini diqqətə alaraq qanuna uyğun olaraq bu ilin 1 yanvarından hökmən yeni nəsil kassa aparatları olmalı olan subyektlərə onu 160 000 dram əvəzinə 60 000 drama təqdim etmək qərarı alacaq. Hissə-hissə, yəni indiyə kimi olduğu kimi iki il boyunca ödəmək imkanı saxlanır…”

Söhbət iqtisadi siyasətin prioritetlərindən, hökumətin fəaliyyət strategiyasından getsəydi, Nikol Paşinyanın qeydini tamamilə sitat gətirmək olardı. Amma xeyr, baş nazir DGK sədriylə hətta DGK sədrinin səviyyəsindən də aşağıya aid məsələni müzakirə edib. Deməli, baş nazir niyə bu qədər qeyri-adekvatlıq göstərir və həmin DGK-nin uyğun bölmə başçısının həll edəcəyi məsələylə şəxsən məşğul olur? Çünki baş nazir istisnasız olaraq bütün məsələlərlə məşğul olur. Nikol Paşinyan bir dəfə yarızarafat deyib ki, hətta avtomobilin rənginin dəyişdirilməsi məsələsini də onunla dəqiqləşdirirlər. Amma bu, zarafat deyil, sərt gerçəklikdir.

Ermənistanda Serj Sərkisyanın dönəmində qüvvədə olan qərar almaq mexanizmi fəaliyyətini sürdürür. Bu isə təkbaşına qərar almaq mexanizmi, cəmi bir adamın iradəsindən asılılıq mexanizmidir. Və bu adam bu gün Nikol Paşinyandır. İdarəçiliyin əsas prinsiplərindən biri olan qərar almağın mərkəzsizləşdirilməsi deyilən proses Ermənistanda praktik olaraq tamamilə yoxdur. Qərarlar piramidal dövlət idarəçiliyi sistemində yalnız institusional adlandırılan, həmin nəzəriyyəyə görə, situativ, operativ deyil, strateji, konseptual məsələlərlə məşğul olmalı olan ali rəhbərlik səviyyəsində qəbul olunur. Yəni hakimiyyətə gələn və Serj Sərkisyandan qalanın varisi olmuş Nikol Paşinyan qərar almaq mexanizmində heç nəyi dəyişməyib və faktiki olaraq girova çevrilib. Çünki insan hətta fiziki mənada dəxli olan bütün informasiyaya yiyələnmək, çeşidləmək və bu çeşidləmə nəticəsində alınmış mümkün ssenarilərdən seçim etmək və qərar qəbul etməyin elmi şəkildə əsaslandırılmış prosedurunun nəzərdə tutduğu kimi qərar qəbul etmək iqtidarında deyil. Bundan savayı, bütün məsələlər üzrə qərar almaq ölkədə baş verənlərə görə tam məsuliyyət deməkdir. Bu, daşınması bir nəfər üçün son dərəcə ağır bir yükdür. Serj Sərkisyan bu problemi öz bildiyi kimi həll etmişdi.

Dövlət idarəçiliyi sisteminə paralel hərəkət edən və çox vaxt daha effektli qeyri-formal münasibətlər sistemi (oliqarxlar, iqtisadi faizlər, cinayətkarlar, “problemləri həll edənlər”, “pul alanlar”) var idi. Belə bir şəraitdə rəsmən qəbul edilmiş qərarların sayı bir qədər az idi. Amma Serj Sərkisyan və Nikol Paşinyan arasında daha bir umimi cəhət var – hər ikisinin tənhalığı. Həm Serj Sərkisyanın, həm də Nikol Paşinyanın mühitində dövlət başçısıyla bərabər şəkildə danışmaq hüququ olan adamlar yox idi və yoxdur: həm Serj Sərkisyanın, həm də Nikol Paşinyanın çevrəsi belə bir iyerarxiya üzrə qurulub – hamı bir neçə subordinasiya müstəvisiylə öz rəhbərindən aşağıdadır. Məsələn, Robert Koçaryanın vaxtında önəmli qərarların alınması zamanı fikirləri nəzərə alınan Serj Sərkisyan onunla bərabər hüquqlara malik idi. Levon Ter-Petrosyanın dönəmində mənzərə daha tutumlu idi – Vano Siradeqyan, Vazgen Sərksiyan, Babken Ararktsyan, Hrant Baqratyan … təkcə vəzifəsinə görə deyil, həm də şəxsi münasibətlərə görə bərabər şəkildə danışmaq, mövqe ifadə etməkdə qeydə alınan və alınmayan bir sıra məmurlar. Bu da təkbaşına qərarı istisna etməklə unikal əks-tarazlıq sistemi yaradırdı.

Dövlət idarəçiliyi sistemi bu mənada son 20 ildə faktiki olaraq deformasiya olunub, ya da tənəzzülə uğrayıb. Bu günki dövlət başçısının yanında məsləhətçi (rəsmi səlahiyyətli məsləhətçilər mənasında deyil, gerçək məsləhətçilər), tənqidçilər, opponentlər rolunda çıxış edə biləcək adamlar yoxdur.

Nikol Paşinyan bu qayda ilə praktik olaraq bütün məsələlər üzrə təkbaşına qərar alır. Artıq yuxarıda yada saldığımız kimi, bu, bir yandan, təkbaşına qərar almaq mexanizminin, o biri yandan, kadr aclığının ifadəsidir. Nikol Paşinyan DGK-nin uyğun imkanlara və qərar qəbul etmək bacarığına yiyələnmiş məmurları olduğuna əmin olsaydı, kassa aparatları məsələsini DGK sədriylə müzakirə də etməzdi. Amma Nikol Paşinyanda belə bir əminlik ola bilməz, çünki bütün dövlət idarəçiliyi sistemi səriştəsiz, təcrübəsiz kadrlarla doludur. Əlbəttə, bu, elə Nikol Paşinyanın günahı, qüsurlu kadr siyasətinin nəticəsidir. Bu siyasət isə buna gəririr ki, dövlət idarəçiliyi sistemində əsasən inqilaba and içənlərə, inqilabı kürəsəl və çox böyük hadisə sayanlara, kim ki …. yer var. Bir sözlə, dövlət idarəçiliyi sistemi, belə deyək, yalnız inqilab kölələrinin qarşısında açıqdır. Onlar isə, bir qayda kimi, təcrübəsiz və səriştəsizdirlər.

Və deməli, Nikol Paşinyan bu gülünc kadr siyasətinə son qoymaq istəyirsə, dövlət idarəçiliyi sistemini sözün birbaşa və məcazi mənasında hamı üçün, o cümlədən ixtisaslı və səriştəli kadrların, inqilab qarşısında tam səcdə etməyənlərin, ya da Qarabağ savaşındakı qələbənin məxməri inqilabdan daha böyük dəyəri olduğunu düşünməyə cürət edənlərin qarşısında açmalıdır. Əks halda Nikol Paşinyan məktəb dərsliklərinə lisenziya, tibbi müəssisələrə dərmanlar, metro vaqonlarının qatarı və dəlləkxanalar hada qərar almağı davam etdirəcək. Bu, dövlət idarəçiliyi sistemini aşındırmağa ən qısa yoldur, yumşaq deyilsə, nəticələri nə Nikol Paşinyanı, nə hökumətini, nə də dövləti sevindirəcək.

Yeri gəlmişkən, həmin idarəçilik nəzəriyyəsi demokratiya sistemlərinin dəyərləndirilməsində unikal metodologiyaya malikdir: idarəçilik sistemində qərarların alınması nə qədər çox mərkəzsizləşdirilirsə, bir o qədər demokratikdir və əksinə. Bizdə faktiki mərkəzləşdirilmiş sistem var, amma bütün dünyanı inandırırıq ki, demokratiya qururuq.

Bu arada, körpəlikdən bizə öyrədiblər ki, yalan danışmaq olmaz.

Tərcümə Strateq.az-ındır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR