İtaliya ilə Fransa arasında gərginlik niyə artıb?

9-02-2019, 10:42 1094 dəfə baxılıb

İtaliya ilə Fransa arasında gərginlik niyə artıb?


Fransanın Avropa Birliyi naziri Nathalie Loiseau İtaliya Baş nazirinin köməkçisi Luigi Di Maionun "sarı jiletlilər"lə görüşməsi ilə bağlı danışıb.

Loiseau “Radio Classique” radiosuna İtaliya ilə yaşadıqları böhran haqqında açıqlamalar verib.

Loiseau İtaliya Baş nazirinin köməkçisi Luigi Di Maionun Fransaya gələrək siyasi liderlə yox, xalqı “savaşa” və prezident Emmanuel Makronu “devirməyə” çağıran "sarı jiletlilər"lə görüşməsinə sərt təpki göstərib:

“Bu, ölkənin daxili məsələlərinə qarışmaqdır, buna haqları yoxdur. Lider olmalı olan insanların dostca olmayan davranışlarıdır”.

Loiseau İtaliya ilə yaşanan böhranla bağlı “Təəssüf ki, yaşananlar bizi haqlı göstərir” deyib.

Di Maio “Le Monde” qəzetinə verdiyi açıqlamasında bunları söyləyib:

"Sarı jiletlilər"in tələbləri birbaşa vətəndaşların ehtiyaclarını əhatə edir. Onların heç bir ideologiyaları yoxdur. Bu baxımdan mən onlarla görüşmək qərarına gəldim".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR