“Daha Çinin fokuslarına dözmək niyyətində deyilik”

1-04-2019, 17:55 344 dəfə baxılıb

“Daha Çinin fokuslarına dözmək niyyətində deyilik”

Makron, Merkel və Yunker Çin prezidenti Si Szinpinlə görüşdə Çinlə iqtisadi əlaqələrdə tarazlıq haqda məsələ qaldırıblar. Səmalar ölkəsinə münasibətdə sadəlövhlüyün sonu çatır.

Avropanın üç lideri Emmanuel Makron (Emmanuel Macron), Angela Merkel (Angela Merkel) və Jan-Klod Yunker (Jean-Claude Juncker) Çin rəhbəri Si Szinpini Yelisey sarayı qarşısındakı xiyabanda təmkinlə təzəcə qarşılamışdılar ki, bir sürü reportyor sarayın pilləkanlarına atıldı. Çin telejurnalistləri başqalarını dirsəkləyərək hamıdan qabaqda “Qırmızı bayraq” markalı limuzinin yanından sürətlə keçdilər. Onlar sanki prezident sarayını həmləylə götürməyə hazırlaşırdılar.

“Geri, tez, hamınız geri! – Sarayın qadın əməkdaşlarından biri pilləkanın yuxarı pilləsindən ətiacılıqla kinli-kinli son dərəcə diribaş çinli jurnalstlərin üstünə donquldandı və hətta onlardan birini sinəsindən itələdi. – Yelisey sarayının qarşısında belə davranmaq olmaz!”

Hiddətlənmiş xanım bir an sonra dedi: “Çinlilər hələ Parisin ağası deyillər”. Si Szinpinin səfərinin üçüncü günü franszılardan kiminsə əsəbləri dözmədi. Onların zövqüncə, Səmalar ölkəsinin bəzi təmsilçiləri özlərini olduqca ədəbsiz və sırtıq aparırlar.

Fransa KİV-lərinin “qırmızı imperator” adlandırdığı Si Szinpinin özü də böyük təkəbbür saçırdı. O, sarayın təzəcə təmir edilmiş parad zalında bəyan etdi: “Bizim 40 ildə əldə etdiyimiz üçün Avropaya 300 il gərək oldu”.

Gizli məna aydın idi: “Sizin dövrünüz keçib”. O, bir az qabaq Səfir salonunda Fransa prezidenti, Almaniya kansleri və Avropa Komissiyasının sədrinə multilaterializmin (istənilən ölkəyə öz tərəfdaşlarıyla münasibətdə üstünlüklərdən yararlanmaq imkanı verən beynəlxalq xarici iqtisadi əlaqələrin təşkili-red.) nə olduğunu bir saatdan çox izah etmişdi.

Makrona qədər hələ heç bir prezident bu qədər səy göstərməmişdi ki, ümumavropa səviyyəsində belə bir görüş keçirilsin. Makron bu formatı ötən həftənin ortalarında düşünüb tapıb. Bunun üstünlüyü ondadır ki, Çin rəhbəri İtaliyadakı kimi Avropa hökumətlərinin başçılarıyla tək-tək söhbətə başlamayacaq, hər tərəfdən sıxışdırılacaq.

Çərşənbə günü məlum olduğu kimi, Makron qabaqca tərəfdaşları Merkel və Yunkerlə razılaşıb və yalnız sonra Çin prezidentinə məlumat verib. Ona razılaşmaqdan savayı heç nə qalmayıb. Ola bilsin, Si Szinpinin məhz lovğa ahəngi Avropada düşüncənin gedişinin dəyişilməsini sürətləndirər.

Burada Çinin əvvəlcə iqtisadi, sonra siyasi baxımdan necə möhkəmləndiyini uzun müddət seyr ediblər, Çin indi isə yüksək texnologiyalı şirkətləri ardıcıllıqla satın almaq və Avropanın mərkəzi qurumlarına məhəl qoymamaqla hələ bir Avropanın vahidliyinə də əl uzadaraq balaca ölkələri iqtisadi cəhətdən özünə bağlayır. Makron artıq neçənci dəfə etiraf edir: “Biz çox sadəlövh idik”.

Önəmlidir ki, bu, keçmiş zamanda deyilib. Franszılar və almanlar Çinə münasibətdə yeni iyerarxik qayda uğrunda indi nadir bir həmrəyliklə çıxış edirlər. Fransa nazirlərindən biri dedi: “Bizə birinin başqası üzərində üstünlüyünü istisna edən başqa cür tərəfdaşlıq gərəkdir”. Deyilənlərə hökumət çevrələrində əlavə edirlər: “Bu günün tələbi belədir: gələcəkdə Çinin Avropa ilə münasibətləri AB-dən keçməlidir”.

Orada hesab edirlər ki, Çin AB institutlarını saymır, hər şeydən qabaq Mərkəzi Avropada, Yunanıstanda və Portuqaliyada gah bu, gah o biri hökumətlə danışmağa üstünlük verir. Paris və Berlin buna daha dözmək niyyətində deyil.

Kansler bütün ictimaiyyətin gözü qabağında Çin başçısını daha bir illüziyadan məhrum edərək bildirib ki, Çinin özünü multilaterializmi Amerika “unilaterializm”indən (birtərəfli fəaliyyəti dəstəkləyən istənilən proqram və ya doktrina-red.) müdafiə edən kimi göstərərək Avropanı ABŞ-a qarşı qoymaq cəhdi iflasa uğrayacaq. Çünki Merkelin çərşənbə günü Makronla yanaşı oturanda söylədiyi kimi, “multilaterializm ancaq ABŞ-la mümkündür”. Hər ikisi bilir ki, qarşılıqlı münasibətləri normal məcraya qaytarmaq nə qədər çətindir. Çin infrastruktur obyektləri almaq, şirkətlər əldə etmək və AB-nin bəzi üzv ölkələrilə təmtəraqlı mətbuat konfransları təşkil etməklə hamını baş tutmuş fakt qarşısında qoyur. Fransızlar və almanlar indi məhz buna görə əyləcə basmaq istəyirlər.

Örnəklərdən biri mobil rabitədir. Paris buna qarşıdır ki, Çin özünün “Huvaey” (Huawei) şirkətiylə bazarda strateji üstünlük qazansın. Fransa hökumətinin üzvlərindən biri öz fikrini əsaslandırır: “Anlamaq gərəkdir ki, 5G 4G-nin davamı deyil, avtonom avtomaşınları və ya mərkəzi hökumət funksiyalarının yönəldilməsi kimi başqa sistemləri tənzimləyən tamamilə yeni sistemdir” və ritorik sual qoyur: “Doğrudanmı, biz bunları yad dövlətin əlinə vermək istəyirik?”

Başqa örnək – yatırımlar: budur, AB artıq on ildir Çinlə yatırımlar üçün şəraiti tənzimləyəcək saziş bağlamaq haqda danışıqlar aparır. Çin o vaxtdan bəri keçən dövrdə Avropa şirkətlərindən çox gözəl bir portfel əldə edib, halbuki özü bazarı qapalı saxlayır və avropalıları ölkəyə yalnız minoritarilər (səhmlərin cüzi qisminin sahibi-red.) kimi buraxır. Makron “Biz tarazlıq istəyirik” deyir, Merkel isə əlavə edir: “Hər şey qarşılıq prinsipinə söykənməlidir”, yəni Avropa bazarı Çin bazarını açdıqları qədər açıq olacaq.

Daha bir misal – rəqabət: Paris və Berlinin fikrincə, avropalılar Çinin fokuslarına daha dözmək niyyətində deyillər. Pekin hökuməti özünün həm dövlət, hə də özəl şirkətləri Avropaya alqı səfərinə yollananda onları pulla səxavətlə təchiz edir . Bu, ÜTT-nin Avropa qayda və normalarıyla nəzərdə tutulmayıb.

Hökumət çevrələrində deyirlər: “Dövlət indiki halda Qərbin bazar iqtisadiyyatlarnıda qəbul edilmiş qaydalardansa sistemli olaraq özgə qaydalarla hərəkət edir”.

Bu zaman söhbət ayrı-ayrı antidempinq rüsumlarından deyil, Avropanın sarsıdılmasına yönəlmiş bütün Avropa rəqabət hüququna uyğunlaşmaqdan getməldir.

Sıradakı örnək – “İpək Yolu”: Paris və Berlin Si Szinpinin yeritdiyi “Bir qurşaq, bir yol” təşəbbüsünü rədd etmir. Amma burada da hər şey başqa cür, yəni qarşılıqlı fayda prinsipi üzrə işləməlidir. Makronun dediyi kimi, “ayrı-ayrı ölkələri maliyyə asılılığına salan layihələri rədd edirik”. Hər bir ayrıca halda iştirakçı dövlətlərdə iqlimin qorunması, habelə sağlamlıq və ayrıca bir adamın inkişafı təmin olunmalıdır. Merkel söz verib: “Onda biz bunda məmnuniyyətlə iştirak edərik”.

Makron habelə Si Szinpinə təəccüblü bir açıqlıqla söyləyib ki, qarşılıqlı münasibətlərin yeni arxitekturasını arzulayır. O, yanaşı oturmuş prezidentə izah edib: “Aramızda tərəfdaşlıq və rəqabət var, indi strateji inamı gündəliyə çıxarmaq istəyirik”.

O, Si Szinpinə incəliklə izah edib ki, qumara Çinin xalq təsərrüfatı üçün nəsə önəmli bir şey qoyulub: “Avropa bazarının kəşfi Çinin tərəqqisini müşayiət edib”. O, sonra xəbərdarlıq edib – amma bu, “Avropada böyük çəpliklərə, güclü gərginliyə, legitim müdafiə tələblərinə səbəb olub”. Makron barışdırıcı ahənglə əlavə edib ki, cavab tədbirləri bildirməməlidir ki, Avropa bağlanar, amma bu, münasibətlərdə daha çox tarazlığı nəzərdə tutur. Amma fikir aydındır: “Biz başqa sayaq da hərəkət edə bilərik”.

Avropa Komissiyasının sədri Yunker Si Szinpinə “bu gündən daha sənin qaydalarınla oynamırıq” düşüncəsini aşılamağa çalışan üçüncü adam oldu. O, təmtəraqla başladı: “Mən Çinə vurulmuşam, Çin və Avropa birlikdə böyük işlər görə bilər”. Amma sonra işgüzar ahəngə kerçdi: “Bu gün Avropa Komissiyasının prezidenti kimi buradayam, çünki Avropanın xarici ticarət əlaqələrinə ancaq biz sorumluyuq və mən AB-Çin sammitini məhz bu yolla təşkil edirəm”.

Yunker bildirib ki, Çinin öz üzərinə götürdüyü öhdəlikləri gözləməsi onun üçün önəmlidir: “Mən münasibətlərin qarşılıqlı faydalı xarakterinin dərinləşməsi uğrunda çıxış edirəm, Avropa şirkətləri Çin bazarında Çin şirkətlərinin bazarların tam açıq olduğu Avropada istifadə etdiyi çıxışa malik olmalıdır”. Ən yaxın vaxtlarda münasibətlərdə tararzlığı bərpa etmək gərəkdir.

Bəs Si Szipin bütün bunlara necə reaksiya verib? O, Avropanın yeni özünüdərkini diqqətə almaq istəməyib. Prezident dünyanı yönəltməyin yaxşılaşdığından danışıb. O, Avropanın şübhə və tələblərini izlənmə maniyasının yüngül forması kimi qəbul edib: avropalıların tərəfdaşa inamsızlıqla yanaşması lazım deyil. Onlar həmişə narazılıqla göz gəzdirməməlidirlər.

“Biz soyuq savaş dönəmindən bizə bəlli olan heç kimin udmadığı və uduzmadığı oyun məntiqindən birlikdə imtina etməliyik. Cəngəlliklər qanununu rədd etmək gərəkdir”.

O, yatırımlar haqda sazişdən bir kəlmə də danışmayıb. “İpək Yolu” təşəbbüsünün dəyişilməsinə hazır olduğunu da göstərməyib. Yalnız Fransanı buna qatılmağa dəvət edib.

Si Szinpin öz çıxışını avropalılar üçün xoş olmayan şəkildə bitirib: “Parisə ən yaxşı baxış Eyfel qülləsindən açılır, bax, biz də yüksəkliyə qalxmalıyıq ki, münasibətlərimizi irəli aparaq”.

Adamlar, keçilmiş cığırlardan çıxın! O bununla üç muşketyoru Avropa suverenliyinin dərinləşdirilməsi üzrə təşəbbüsü davam etdirməyə mümkün qədər yaxşı şəkildə təhrik edib. Hələik bu təşəbbüs indi-indi doğulur. Amma Parisdə hər halda nəsə başlanıb.

Tərcümə Strateq.az-ındır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR