“STRATFOR”UN VAŞİNQTON ÜÇÜN ÇİNDƏ “RƏNGLİ İNQİLAB” RESEPTİ:“Çində inqilab üçün zəmanətli daxili zəmin var”

10-04-2019, 10:20 302 dəfə baxılıb

“STRATFOR”UN VAŞİNQTON ÜÇÜN ÇİNDƏ “RƏNGLİ İNQİLAB” RESEPTİ:“Çində inqilab üçün zəmanətli daxili zəmin var”

Hələ 2014-cü ildə müdafiə nazirinin müavini Anatoli Antonovun sözlərindən məlum olub ki, ÇXR və Rusiya “rəngli inqilablar”a qarşı mübarizədə səyləri birləşdirməyi qət edib. Bu fakt, hər şeydən qabaq, xəbər verirdi ki, belə anqlosaks “təşəbbüsləri” təkcə ölkəmizi deyil, həm də zahirən ondan qorunan Çini təhdid edir.

Hamımız son on illiklərdə düşünməyə alışmışıq ki, Amerika-Britaniya siyasi texnoloqlarının sxemləri Çin mühitində işləyə bilməz. Guya mərkəzləşdirilmiş Çin sistemi və cəmiyyətin ciddi informativ təcridi Pekini belə təsirlərdən etibarlı qoruyur. Gerçəklikdə isə hər şey heç də bu durumda deyil.

2014-cü ildə Ukrayna hadisələrinə paralel Çinin özəl inzibati bölgəsində – Honkonqda çoxminlik “Occupy Central” etiraz aksiyası başlandı. Hakimiyyətə müxalif bu təşəbbüs dünyanın əsas maliyyə mərkəzlərindən birinin işini hərfi mənada iflic etmişdi.

“Fəallar” işlənmiş sxem üzrə sonradan hökumət məhəlləsinə soxulmağa cəhd ediblər, hüquq mühafizəçiləri onların qarşısını kəsib tədbir görən kimi isə Qərbdə informasiya dalğası qalxdı. ÇXR başçıları sonradan ABŞ-ın Honkonqdan inqilab ixracatı üçün yararlanmaq niyyətinin xülya olduğunu bildirsələr də, bu hadisə faktının özü sərgiləyib ki, Pekin “rəngli inqilablar”dan sığortalanmayıb.

Bu müstəvidə Çinin problemi bundan ibarətdir ki, istənilən hər hansı başqası kimi ümumiyyətlə Çin sistemi də dağılmağa məruz qalır. Kanadada “Huawei”in maliyyə direktorunun məşhur həbsi buna örnəkdir. İş burasındadır ki, İspaniya və ya Çernoqoriya 2000-ci illərin başlanğıcında Rusiya “elita”sı üçün nə idisə, ABŞ-la qonşu ölkə Pekinin partiya elitası üçün də, təxminən, odur. Özəlliklə ÇXR-dən kapitalı çıxarmaq yasağına baxmayaraq, Çin milyarderləri əsasən Kanadada yaşayır, təhsil alır və əsasən Kanadada yaşamaq pasportu əldə edir, mülk alır və beləcə vəsait yumaqla məşğul olurlar. Nəticə kimi Çin biznesmenləri və nomenklaturasının övladları Amerikanın probleminin həlli üçün çox gözəl zəmindir və Çinin bunun öhdəsindən gələ bilib-bilməyəcəyi hələlik aydın deyil.

Buna görə də Si Szinpinin “korrupsiya ilə mübarizə”də bir zamanlar işə saldığı bütün piar-kampaniya bu səbəbdən qəbilə savaşında Kompartiya rəhbərlərinin rəqiblərini aradan qaldırmağa, habelə potensial Amerikayönlü dissidentləri qorxutmağa yönəlmiş addım idi (bir çox baxımdan Amerikayönlü əlaltıları əsas postlardan sıxışdırmağa çevrilib) və belə də qalır. Bununla belə, bu bildirmir ki, belə tədbirlər yetərlidir və hər şeyi durdurmağı bacarar.

Deməli, Amerikanın “Stratfor” kəşfiyyat-analitika şirkəti 2015-ci ildə Honkonqda Çin “rəngli inqilab”ının sınaq şarından sonra öz proqnozunu verib. Onun sözlərinə görə, ÇXR-də ən yaxın on ildə “hökmən” “rəngli inqilab” başlanacaq. Bu qənaətin önəmi bundan ibarətdir ki, “Stratfor” meşşan çoxluğun fikrinə zidd olaraq əsla proqnoz vermir. ABŞ dövlət maşınının bir hissəsi gələcək addımlar üçün yol və yön göstərir.

Əlbəttə, bu qurumda keçmiş peşəkar kəşfiyyatçılar işləyirlər, ABŞ dövlət aparatı isə informasiya toplamaq və incələməyin böyük qismini özəl firmalara verməyə alışıb, amma indiki halda söhbət başqa şeydən gedir.

“Stratfor”un 2010-cu ildə Krımın Rusiyaya gələcək birləşməsini öncədən söyləməyə qabil yeganə təşkilat olduğu faktı yalnız ondan danışır ki, “kölgə MKİ” heç də proqnozlarla məşğul olmur. Bu qurumun işçiləri “öncədən deyiblər” ki, Rusiya “SSRİ yıxıldıqdan sonra itirilmiş bir çox əraziləri yığmağa çalışır”, çünki ABŞ-ın Krım və Sevastopolda hərbi baza yerləşdirmək planlarından agah idilər.

Ukraynada inqilabın tezliklə start götürəcəyini bilirdilər və buna görə də Moskva tərəfdən ehtimal edilən mümkün cavablardan birini yalnız təsvir ediblər. Yəni “Stratfor”un analizi daha çox bəlli hadisələrin anlitikası üzərində deyil, Vaşinqtonun özünün başqaları üçün bilinməz planları üzərində qurulur.

“Stratfor”un bu kəsimdə 2015-2025-ci illər üçün “Çin proqnozu” olduqca səciyyəvi görünür. “İkinci MKİ”nin sözlərinə görə, Çini təkcə iqtisadi problemlər deyil, “daxildə inqilab üçün zəmanətli zəmin” gözləyir.

Əslində, ABŞ məhz bunun üçün “ağrılı nöqtələri” çoxdan yaradıb: ölkənin qərb müsəlman bölgələrində (Sinzyan-Uyğur muxtar bölgəsində), Tibetdə, Tayvanda və s. Üstəlik, mahiyyətcə, 2014-cü ildə belə nümayişləri təşkil edən okeanarxası QKT-lər ölkədə işini dayandırmır.

Vaşinqton bu gün öz diqqətini ciddi şəkildə ÇXR-ə sarı yönəldərkən bu özüllər adi üsullarla tam fəallaşdırıla bilər.

Qabaqlar Çin və ABŞ-ın “döstluğu” dönəmində ÇXR daxilindəki hadisələrə fikir vermirdilər. Deməli, 2000-ci illərdə Çinin bir sıra kənd və şəhərlərində yerli rəsmilər istənilən oyundan çıxsalar da, dünya KİV-ləri buna göz yumub. Özəlliklə 2006-cı ildə Lunyatun şəhərciyində məmurlar yerli sakinlərə Qərb korporasiyaları üçün sənaye zonası tikməkdən yana onların 30 hektar torpağını müsadirə etdikləri haqda məlumat verəndə heç kim buna təəccüblənməyib. Qiymət o qədər aşağı idi ki, demək olar, hamı narazı qalmışdı. Onlara atəş açılıb, itlər buraxılıb, sonra isə döymək başlanıb. Amma hadisələr ABŞ və Avropada heç kimi hiddətləndirmədiyi bir vaxtda dönüşüb. İndi isə “rəngli inqilab”a start verilsə, belə bir hadisəni mikroskop altında nəzərdən keçirəcəklər.

Konsepsiyanın artıq gerçəkləşməyə başladığını anlamaq asan olacaq. Dünya KİV-lərində Çində guya “xalqın etiraz aksiyalarının sayca çoxaldığı” və “bunun çoxunun yerli və mərkəzi hökumətin özbaşınalıqlarıyla bağlı olduğu” haqda kütləvi materiallar meydana çıxan kimi hər şey son dərəcə aydın olacaq. Özəlliklə də Çinin Dalyan, Çendu, Quançjou şəhərlərini 2011-ci ildə kütləvi iğtişaşlar bürüdüyü üçün. Etirazçılar o zaman siyasi tələblər irəli sürməyiblər, liderləri yox idi, çıxışlar isə internet üzərindən əlaqələndirilib.

“Misir ssenarisi”nə əsasən, şəbəkənin Çin seqmentini sadəcə klassik mexanizmlərin inkişafı üçün isitfadə ediblər. Ölkədə “jasmin inqilabı”na başlamaq üçün “avtoritar rejimə qarşı” kütləvi nümayişlərə çıxmaq çağırışları şəbəkəni doldurub. Sonradan tələbləri “demokratiya, yemək, mənzil və ədalət uğrunda mübarizə”yə çeviriblər. Sınaq şarının təşəbbüsçüləri haqda kimsədə şübhə qalmayıb.

Tamamilə mümkündür ki, ÇXR dövlət aparatının ictimaiyyət və internet üzərində nəzarəti gücləndirməkdə bütün səylərinə baxmayaraq, oxşar çıxışlar yenidən meydana çıxa bilər. Amma artıq bu dəfə məşq deyil, etirazların əyalətlərdən Pekinə keçirilməsinin birinci aktını bildirəcək. Bir qayda kimi, sosial təbəqələşmə “rəngli” inqilabların leytmotivi kimi çıxış edir və ÇXR-də belə bir zəmin çoxdan var. Çin Kompartiyasındakı milyarderlərin mənfi nüfuzundan tutmuş ölkənin nisbətən kiçik “orta təbəqəsi”nin tox yaşayışına qədər korrupsiyanın yüz milyonlarla adama qədərki miqyasına görə istənilən istiqamət mövzu ola bilər.

London və Vaşinqton görüntülü təmkinlə tamamilə məntiqli düşünürlər. Onlar anlayırlar ki, ÇXR-dəki sabitlik heç də “Çin xalqının kommunsitlərdən hakimiyyəti almaq gücündə olmadığı”nda deyil, əhalidə bunun üçün, sadəcə, səbəb olmadığındadır. Hətta Çindəki adamlarda amerikalıların anlayışınca “azadlıq” və “demokratiya” olmasa da, ölkə inkişaf edir, həyat səviyyəsi isə yüksəlir.

ÇXR iqtisadiyyatında problemlər başlarsa, bu, tam başqa məsələdir. Və Qərb elitaları məhz bunu da istəyirlər. ABŞ və Çinin ticarət savaşı yalnız formal olaraq ticarət disbalansına düzəlişi izləyir. Vəzifə birinci növbədə sonradan bu və ya başqa etirazı törətməklə ÇXR-də istifadə oluna biləcək iqtisadi böhran yaratmaqdır.

Asiyanın tarixinə nəzər salaraq inamla demək oalr ki, Çin kimi ölkələrdə əhalinin çoxunun yeganə boşqabındakı düyü xuruşa çevriləndə problemlər başlanır. Çində isə cəmiyyətin “orta varlanma” ideyası üzündən bunun üçün özül artıq var. ÇXR iqtisadiyyatı hələlik sabitdir, milyardyarım əhalini təkcə yedirtmək deyil, həm də müəyyən həddədək inkişaf etdirmək də olar, amma Qərb uğurlu şəkildə iqtisadi kollaps törətsə, çox şey dəyişiləcək.

“Stratfor” 2025-ci ilədək dövrdə Çinin iqtisadi artım mühərriki olmağı tərk edəcəyini “qabaqcadan xəbər verəndə” söhbət məhz bundan gedir. ÇXR-in özünün özlüyündə tempi itirəcəyindən deyil, cəmiyyəti qarışdırmaq və “rejimə basqı” üçün Vaşinqtonun Çin iqtisadiyyatına təzyiqdən başlayacağından.

Deməli, ÇXR-də “rəngli inqilab” nəzəri baxımdan hər halda mümkündür və hər şey Çin hökumətinin buna hansı cavabı verəcəyindən asılıdır.

Tərcümə Strateq.az-ındır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR