Ramanada ölümlə bitən “razborka”

25-04-2019, 09:57 421 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Ramana qəsəbə sakini, əvvəllər Rusiyada qətl törətdiyinə görə məhkumluq həyatı yaşamış 52 yaşlı Hikmət Abbasquliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 30-na təyin edilib.

Qeyd edək ki, ötən il avqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsindəki məcburi köçkünlərin yerləşdiyi “Şuşa şəhərciyi”nin ərazisindəki “Naxçıvan” kafesində silahlı insident baş verib. Gecə saatlarında naməlum şəxs "Kalaşnikov" markalı avtomatla kafeyə daxil olaraq atəş açıb. Bakı şəhər sakinləri - əvvəllər Cinayət Məcəlləsinin 127-ci maddəsi (Qəsdən sağlamlığa az ağır zərər vurma) üzrə məhkum olunmuş, 1985-ci il təvəllüdlü Namiq Allahverdiyevə və 1984-cü il təvəllüdlü Elxan Kərimova xəsarət yetirib. Nəticədə, N.Allahverdiyev ölüb, E.Kərimov isə ağır yaralanaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Ramanada ölümlə bitən “razborka”

Polis və prokurorluq orqanlarının əməkdaşları qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 226-cı (Radioaktiv materiallarla qanunsuz davranma), 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş, 1967-ci il təvəllüdlü Hikmət Abbasquliyev olması müəyyən edilib.



Araşdırmalar zamanı H.Abbasquliyevin Rusiya Cinayət Məcəlləsinin 105.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə də həbsxanada cəza çəkməsi və hadisədən bir müddət əvvəl azadlığa çıxması məlum olub. Həbsdən azad edildikdən sonra H.Abbasquliyev Azərbaycana qayıdıb. Onun kriminal avtoritet olması haqda da məlumatlar var.

H.Abbasquliyev saxlanılarkən ondan 1 ədəd nömrəsi silinmiş "AKMS" markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR