Dostunu arvadına sataşdığı üçün öldürənə HÖKM

11-05-2019, 10:25 359 dəfə baxılıb

Dostunu arvadına sataşdığı üçün öldürənə HÖKM


Qəsdən adam öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə B.Əhmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, B.Əhmədov dostu Fikrət Salmanovu bıçaqla qətlə yetirib. Onların arasında mübahisə B.Əhmədovun ona "polisə arxada oturan qızın arvadın olduğunu deyərsən" sözündən sonra olub. B.Əhmədov buna etiraz edən zaman F.Salmanov "guya sənin arvadın ondan artıqdır?" deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub. Nəticədə B.Əhmədov dostunu öldürüb.

B.Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR